Yeni ilə qədər necə arıqlamalı? - dietoloq SİRLƏRİ AÇDI

Yeni ilə qədər necə arıqlamalı? - dietoloq SİRLƏRİ AÇDIAvstriyalı dietoloq Syuzi Burel, Yeni ilə qədər arıqlamaq istəyənlər üçün unikal pəhriz təklif edib.
Milli.Az xəbər verir ki, mütəxəssis müxtəlif səbəblərdən idmanla müntəzəm məşğul ola bilməyən insanlar üçün tövsiyələrin siyahısını tərtib edib. Burel hesab edir ki, artıq çəkidən xilas olmaq istəyən insan hər gün 300-500 millilitr su içməlidir:
"Bu, hidratasiyanı bərpa etməyə və həzm sistemini aktivləşdirməyə kömək edəcək", - deyə dietoloq "Daily Mail"ə verdiyi açıqlamasında bildirib.
24 saat ərzində iki litr su içmək məsləhət görülür. Gün ərzində bitki mənşəli və yaşıl çay içmək yaxşıdır. Ancaq süd əlavə edilən qəhvədən imtina etmək lazımdır. Kapuçino və ya lattenin kalorisi düşündüyünüz qədər aşağı deyil. Latte bir dilim tortla eyni kaloriyə bərabərdir. Ancaq qəhvə pərəstişkarları üzülməsin, əgər qəhvəyə süd əlavə etməsəniz, onu təhlükəsiz şəkildə içə bilərsiniz.
Banan olar, çörək isə yox
Mütəxəssisin sözlərinə görə, səhər yeməyi vacibdir. Odur ki, günə saat 9-dan tez olmamaqla zülal tərkibli qidalarla başlaya bilərsiniz. Ən yaxşı seçim tərəvəz, hisə verilmiş qızıl balıq, avokado, kəpək çörəyi və yumurtalı tərəvəz yeməyidir. Səhər yeməyinə liflə zəngin qidalar və banan da əlavə etmək olar.
Bəslənmə mütəxəssisi vurğulayıb ki, səhər yeməyi karbohidratlardan deyil, zülallardan ibarət olmalıdır. Çünki protein qanda qlükoza səviyyəsini normallaşdırmağa kömək edir və yeməkdən əvvəl şirniyyat və qənnadı məhsulları ilə qəlyanaltı etmək istəyini minimuma endirir.
Ağ çörək, yoqurt və keksləri səhər yeməyinə daxil etməyin, əks halda bütün günü tort və şirniyyat istəyəcəksiniz.
Qəlyanaltıları unudun
Naharı saat 1-dən gec olmadan (maksimum 350-400 kalori ) etmək tövsiyə olunur. Ancaq şam yeməyi yüngül olmalıdır. Bunlar arasında şorba, salat, kartof, smuzi və şirələr var. Pəhrizin çox hissəsini meyvə-tərəvəz təşkil etməlidir.
Burelin fikrincə, bədəni vitamin, mineral və lif tərkibli məhsullarla təmin etmək lazımdır. Bu, artıq mayenin çıxmasına və bir-iki kq arıqlamağa kömək edəcək.
Qəlyanaltıları da unudun. Artıq başa düşdüyünüz kimi, Burel yemək saatı məsələsində sərtdir. Mütəxəssis hesab edir ki, bu, maddələr mübadiləsinin başlaması və balanslı qidalanmaya alışmaq üçün asan yoldur:
"İdeal olaraq, bir insan 10-12 saat ac qalmalıdır, amma bəziləri gündə 6-8 saat ac qala bilir. Nəticədə, lazım olduğundan çox yağ yığır. Odur ki, gün ərzində 19 saat yeməyi özünüzə qadağan edin, həmçinin səhər yeməyinə 09:00-dan tez başlamayın". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1557   Tarix: 19 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

qadin sayti reseptler makiyaj instagram ekzema xəstəliyi elm ve bilik haqqinda atalar sözləri bürc xəbərləri 2026 yay paltarlari kosmetika yutube ekizler qiz evi vətənə aid bayatılar eqreb