Yeni ilə qədər necə arıqlamalı? - Məşhur dietoloq SİRLƏRİ AÇDI

Yeni ilə qədər necə arıqlamalı? - Məşhur dietoloq SİRLƏRİ AÇDIAvstriyalı dietoloq Syuzi Burel, Yeni ilə qədər arıqlamaq istəyənlər üçün unikal pəhriz təklif edib.
Publika.az xəbər verir ki, mütəxəssis müxtəlif səbəblərdən idmanla müntəzəm məşğul ola bilməyən insanlar üçün tövsiyələrin siyahısını tərtib edib. Burel hesab edir ki, artıq çəkidən xilas olmaq istəyən insan hər gün 300-500 millilitr su içməlidir:
"Bu, hidratasiyanı bərpa etməyə və həzm sistemini aktivləşdirməyə kömək edəcək", - deyə dietoloq "Daily Mail"ə verdiyi açıqlamasında bildirib.
24 saat ərzində iki litr su içmək məsləhət görülür. Gün ərzində bitki mənşəli və yaşıl çay içmək yaxşıdır. Ancaq süd əlavə edilən qəhvədən imtina etmək lazımdır. Kapuçino və ya lattenin kalorisi düşündüyünüz qədər aşağı deyil. Latte bir dilim tortla eyni kaloriyə bərabərdir. Ancaq qəhvə pərəstişkarları üzülməsin, əgər qəhvəyə süd əlavə etməsəniz, onu təhlükəsiz şəkildə içə bilərsiniz.
Banan olar, çörək isə yox
Mütəxəssisin sözlərinə görə, səhər yeməyi vacibdir. Odur ki, günə saat 9-dan tez olmamaqla zülal tərkibli qidalarla başlaya bilərsiniz. Ən yaxşı seçim tərəvəz, hisə verilmiş qızıl balıq, avokado, kəpək çörəyi və yumurtalı tərəvəz yeməyidir. Səhər yeməyinə liflə zəngin qidalar və banan da əlavə etmək olar.
Bəslənmə mütəxəssisi vurğulayıb ki, səhər yeməyi karbohidratlardan deyil, zülallardan ibarət olmalıdır. Çünki protein qanda qlükoza səviyyəsini normallaşdırmağa kömək edir və yeməkdən əvvəl şirniyyat və qənnadı məhsulları ilə qəlyanaltı etmək istəyini minimuma endirir.
Ağ çörək, yoqurt və keksləri səhər yeməyinə daxil etməyin, əks halda bütün günü tort və şirniyyat istəyəcəksiniz.
Qəlyanaltıları unudun
Naharı saat 1-dən gec olmadan (maksimum 350-400 kalori ) etmək tövsiyə olunur. Ancaq şam yeməyi yüngül olmalıdır. Bunlar arasında şorba, salat, kartof, smuzi və şirələr var. Pəhrizin çox hissəsini meyvə-tərəvəz təşkil etməlidir.
Burelin fikrincə, bədəni vitamin, mineral və lif tərkibli məhsullarla təmin etmək lazımdır. Bu, artıq mayenin çıxmasına və bir-iki kq arıqlamağa kömək edəcək.
Qəlyanaltıları da unudun. Artıq başa düşdüyünüz kimi, Burel yemək saatı məsələsində sərtdir. Mütəxəssis hesab edir ki, bu, maddələr mübadiləsinin başlaması və balanslı qidalanmaya alışmaq üçün asan yoldur:
"İdeal olaraq, bir insan 10-12 saat ac qalmalıdır, amma bəziləri gündə 6-8 saat ac qala bilir. Nəticədə, lazım olduğundan çox yağ yığır və nadir hallarda acırlar. Odur ki, gün ərzində 19 saat yeməyi özünüzə qadağan edin, həmçinin səhər yeməyinə 09:00-dan tez başlamayın".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2044   Tarix: 17 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

yemek reseptleri geyim necə seçməli yay kolleksiyasi gecəliklər daginiq skleroz mualicesi uşağın cinsiyyəti hamilələrin qidalanması kosmetika efsane kökəlmək üçün rus dili baliq hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz