Yeni trend: "Badam göz" əməliyyatı - Həkimlər nə deyir?

Yeni trend: "Badam göz" əməliyyatı - Həkimlər nə deyir?Hazırda estetik əməliyyatlar artıq dəb halını alıb. Bir çox insanlar gözəlləşmək üçün müxtəlif nahiyələrində estetik əməliyyatlar etdirirlər. Ən çox dəb halı alan əməliyyatlardan biri estetik göz əməliyyatıdır. Belə ki, daha çox ölkədən xaricdə aparılan bu əməliyyatın adı "badam göz"dür. Yeni trendə çevrilən bu əməliyyata Azərbaycanda da maraq artıb. Hətta bu yaxınlarda məşhur aktrisa Pərvin Abıyevanın da sözügedən əməliyyat vasitəsi ilə göz formasını dəyişdiyini bildirmişdilər.
Maraqlıdır, "badam göz" əməliyyatı necə həyata keçirilir? Bu əməliyyatın gözün görmə qabiliyyətinə zərəri varmı?
Milli.Az lent.az-a istinadən bildirir ki, mövzu ilə bağlı sualları cavablayan plastik cərrah, Tibb Elmləri Namizədi, Rəşad Babayevin sözlərinə görə, bu əməliyyat göz kənarları aşağı olan insanlarda, gözləri canlandırmaq və cavanlaşdırmaq üçün yerinə yetirilir:
"Müəyyən yaşdan sonra insanlarda həm üst, həm də alt göz qapağında bəzi problemlər ortaya çıxır. Bu zaman yaranan problemlə bağlı müraciətlər olunur, biz də qüsurlara uyğun əməliyyat aparırıq. Bundan başqa, son zamanlar bir çox xanımlar, daha çox "badam göz" deyilən göz forması ilə bağlı müraciət edirlər. Hətta elə olur ki, biz özümüz də bu göz formasını pasientə məsləhət görürük. Çünki gözlər, üzdə önəmli rol oynayır. Bəzi insanlarda gözün kənarları aşağı doğru sallanır və bu da həmin şəxslərdə özlərinə qarşı kompleks yaradır. Bu zaman həmin insanlarda gözün kənarları yuxarı dartılaraq badəm göz forması verilir".
Həkimin sözlərinə görə, "badam göz" əməliyyatının gözün görmə qabiliyyətinə heç bir mənfi təsiri yoxdur:
"Həmin əməliyyat yalnız dəri toxumaları vasitəsi ilə aparılır. Gözün bucağını yuxarı doğru fiksasiya edirik. Eyni zamanda qaş qaldırma əməliyyatı və üz gərmə əməliyyatı da gözün badam forması almasına köməklik edir. Bu əməliyyatı 18 yaşdan yuxarı hər kəs etdirə bilər".
Aftolmoloq Fariz Sadıqov isə bildirib ki, sözügedən əməliyyat düzgün aparılmazsa, toxumaları zədələyib gözə zərər verə bilər:
"Azərbaycanda bu əməliyyata maraq olduqca artıb. Yalnız bu əməliyyatı edərkən təcrübəli cərraha müraciət etmək lazımdır. Hər insan bu əməliyyata uyğun olmaya bilər. Belə ki, bəzən göz quruluşu, göz qapaqları və ya gözdəki başqa problemlər bu əməliyyatı etdirmək üçün uğurlu sayılmır. Bundan başqa təəssüflər olsun ki, bizdə bu əməliyyatı qeyri cərrahi yolla həyata keçirirlər. Məsələn, daha çox saplarla gözün bayır küncünü yuxarı dartaraq edirlər, bu da həm estetik cəhətdən çox eybəcər şəkil alır, həm də o sapların hansı toxumalardan keçdiyi bilinmədiyi üçün təhlükəli ola bilir. Əslində isə gözün üstündə olan dəridən incə bir kəsik aparılmalı və gözümüzün kənarını təşkil edən xüsusi bir vətər var ki, o vətər kəsilib, yuxarı dartılıb, tikilməlidir. Ona görə də bu əməliyyatı düzgün yerinə yetirmək lazımdır. Düzdür əgər gözün quruluşunda ciddi qüsurlar varsa, onda əməliyyat etmək olar. Ancaq əməliyyat etdirmək istəyən insan mütləq peşəkar həkimə müraciət etməlidir. Kor-koranə edilərsə, yəni dəridən girib saplarla hər hansı bir toxumlardan keçirilərsə, toxumaya zərər verər və gözyaşı vəzini zədələyər. Eynin zamanda qanaxma baş verə bilər".
Aftolmoloq Cavid Allahverdiyev isə bildirib ki, "badam göz" əməliyyatının gözə heç bir mənfi təsiri yoxdur:
"Həmin əməliyyat kosmetik olaraq icra olunduğu üçün gözün görmə qabiliyyətinə təsir etmir".
Sonda isə "badam göz" əməliyyatı ilə yenidən gündəmə gələn, azərbaycanlı aktrisa Pərvin Abıyeva ilə əlaqə saxladıq.
Aktrisa bildirib ki, yayılan məlumatlar doğru deyil:
"Mən belə bir əməliyyat keçirsəydim mütləq izləyicilərimlə bölüşərdim. Hələ ki, belə bir əməliyyat keçirməmişəm".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1743   Tarix: 08 dekabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qis geyimləri 2026 yay kolleksiyasi sade makiyaj sekilleri kompot çanta ayaqqabı şaftalının xeyri cizgi filmləri kosmetika saglam qidalanma baldiza aid masturbasiya nedir azərbaycan gözellik