Yeniyetmələrin böyük bir hissəsi smartfon asılılığından əziyyət çəkir
Londondakı "Kinqz kollec" Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Onlar xəbərdarlıq edirlər ki, belə asılılıq psixi sağlamlığa ciddi ziyan vurur.
Müasir gənclərin dörddəbir hissəsi smartfonlardan asılılıq nümayiş etdirir. Belə ki, smartfon olmayanda onlarda psixoloji pozulma əlamətləri müşahidə olunur. Cavanlar əsəbi və həyəcanlı olurlar, ekran qarşısında keçirdikləri vaxta müstəqil nəzarət edə bilmirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Londondakı "Kinqz kollec" Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Onlar xəbərdarlıq edirlər ki, belə asılılıq psixi sağlamlığa ciddi ziyan vurur.
Yeniyetmələrin smartfondan nəzarətsiz istifadə etmələri onlarda qorxu və depressiya əlamətləri yaradır, yuxusuzluğa və müvəffəqiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.
"BMC Psychiatry" tibb nəşrində dərc edilmiş məruzədə alimlər ümumən 42 min yeniyetmənin iştirakı ilə keçirilmiş 41 tədqiqatın məlumatlarını təhlil ediblər. Yeniyetmələrin 23 faizində smartfondan asılılıq əlamətləri aşkar edilib. Məlum olub ki, smartfon "sevgisi" çox vaxt onların başqa məşğuliyyətlərinə ziyan vurur.
Milli.Az /news.milli.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu