Yeyərək arıqlamaq istəyirsinizsə...

Yeyərək arıqlamaq istəyirsinizsə...Bunun üçün aclıq hissini aradan qaldrımaqla yeyərək arıqladan qidalardan istifadə edin. Aşağıdakı qidalar orqanizmdəki yağların ərinməsində yarıdımçı olur.
Xanim.az immunitet.az-a istinadən bildirir ki, yeyərək arıqlamaq hər bir qadının arzusudur. Ətrafımızda bu qədər yeməklərin və müxtəlif dadlı qidaların olduğu zaman onlardan dadmamaq əslində mümkün deyil. Amma bəzi qidalar vardır ki, onlardan çox istifadə etdikdə orqanizmdə yığılıb qalan artıq piylərdən azad olmaq mümkün olur. Belə qidalar orqanizmin vitamin balansını saxlamaqla piyləri əridir. Həmin qidalardan gün ərzində istədiyiniz qədər yeyərək aclıq hissinizi aradan qaldrmaqla arıqlamaq olur. Belə qidalara aşağıdakılar aiddir:
1. Yumurta.
Suda bişirilərkən sarısı tam bərkiməmiş yumurtanın tərkibində çoxlu vitamin və minerallar var. Bir bişirilmiş yumurta orqanizmin zülala olan sutkalıq ehtiyacını 15%-ni ödəyir.
2.Turşuya qoyulmuş kələm.
Kələm orqanizmin enerjiyə və vitamin C-yə olan təlabatını ödəmək qabiliyyətinə malikdir. Kələm lifli tərəvəz olduğuna görə o qəbizliyi aradan qaldırır, bağırsaqların fəaliyyətini sürətləndirir və həzm sistemini yaxşılaşdırır. Turşuya qoyulmuş kələm orqanizmdə hüceyrələrin yenilənməsi prosesini sürətləndirir və qanda pis xolesterinin miqdarını azaldır. Kələm turşusunun tərkibində olan antioksidantlar qocalmanın qarşısını alır.
3. Közdə bişən kartof.
Közdə bişən kartofun kaloriliyi az olur və mədə-bağırsaqdan rahat sorulur. Bu cür kartofun tərkibində olan minerallar əzələlərdə olan qıcolmaların aradan qalxmasına səbəb olur. Közdə bişən kartof cinsi zəifliyin aradan qalxmasına səbəb olur.
4. Qatıq.
Gün ərzində bir-neçə dəfə qatıq yeyərək aclıq hissini aradan qaldırmaq mümkündür. Amma gərək qatığın yağlılığı 2%-dən artıq olmamalıdır. Qatığın tərkibində olan kalsium və zülallar bağırsağın mikroflorasını yaxşılaşdırır.
5. Ənginar.
Bu tərəvəzin tərkibi az kalorilidir, amma zülal və karbohidratla zəngindir. Ənginardan hər gün istifadə etmək orqanizmin qidalardan aldığı kalorilərin mənimsənilməsinə səbəb olur.
6. Lobya.
Mütəxəssislər arıqlamaq istəyənlərə hər gün suda bişən qırmızı lobya yeməyi məsləhət bilir. Qırmızı lobya orqanizmdəki artıq piylərin əriməsinə səbəb olur. Qırmızı lobya həzmi sürətləndirərək qəbizliyi aradan qaldırır və adamı tox tutaraq aclıq hissini aradan qaldırır.
7. Badam.
Dietoloqların fikrinə görə badam arıqlamaq üçün ən yaxşı vasitədir. Belə ki, aclıq hissi zamanı badam yemək qida qəbuluna olan tələbatı azaltmaqla yanaşı orqanizmin vitamin və mineral balansını ödəyir.
8. Zeytun.
Zeytun mədəyə düşən qidanı nəzarət altına alır və onun çəkini artırmasına yol vermir. Gün ərzində 10 ədəd zeytun yemək və ya 1 qaşıq zeytrun yağı içmək orqanizmdə yağ-piy və duz mübadiləsini normallaşdırır, toksinləri xaric edir.
9. Kişmiş.
Kişmiş orqanizmdə depolanmış piylərin parçalanmasında mühüm rol oynayır. Kişmişdən hazırlanmış cem isə orqanizmi tox tutaraq aclıq hissini aradan qaldırır və artıq qida qəbuluna yol vermir. Cemi hazırlamaq üçün 100 qram kişmiş, 100 qram qaysı, 100 qram qara gavalı, 200qram bağayarpağı üyüdülür və üzərinə bal əlavə edilir. .Cemdən gün ərzində 2 dəfə 1xörək qaşığı yedikdə toxluq hissi yaranır və orqanizm zərər görmədən arıqlayır.

Xəbərlər     Baxılıb: 2727   Tarix: 26 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

sac duzumleri qadin dunyasi yay geyimləri 2026 fitnes və pəhriz gullu cantalar asan ariqlamagin yollari aliment öhdəlikləri kosmetika kondom nedir kahfe kali novruz hakısdası novruza aid hakışta xanim az