Yıldız Tilbedən diqqətçəkən açıqlamalar
Türk müğənni Yıldız Tilbe pərəstişkarlarını qorxudub.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni xəstələnib və xəstəxanaya yerləşdirilib.
O, səhhəti ilə əlaqədar yanvar ayında baş tutması gözlənilən bütün konsertlərini ləğv edib.
Müğənni illərdir birlikdə çalışdığı Haluk Şentürk ilə əməkdaşlığını bitirib.
Özgür Arasla çalışmağa başlayandan sonra "Dəyişiklik etmək istəyirdim. Özgür ilə əvvəllər də birlikdə işləmişik və onun uğurlu bir menecer olduğunu düşünürəm. Bundan sonra da onunla davam edəcəyəm", - deyib.
Əvvəlki kimi yaxşı mahnılarının olmadığını deyən müğənni bunu dünyadakı proseslərlə əlaqələndirib:
"Dünyada kütləvi bədbəxtlik var. Mən yaxşı mahnıların olmamasını bununla əlaqələndirirəm. Ümid edirəm ki, 2024-cü ildə yaxşı şeylər olacaq. Sonra mahnılar daha yaxşı olacaq. Son vaxtlar sənətçilərin həyatı kinoya çevrilib. İstəyirsiniz ki, sizin də həyatınız kino olsun?" sualına "Həyatım film ola bilməz. Heç kim məni ssenariyə çevirə bilməz. Çünki məni tanımırlar. Türkiyədə heç bir məşhurun dünyasını dəyişəndən sonra filmlərini bəyənmirəm və sevmirəm. Bundan əlavə 45-50 illik ömür bir saata sığdırmaq olmaz. Ona görə də insanların fikrini almaq lazımdır. Mənim isə bununla bağlı fikrim yoxdur", - deyə müğənni suallarq belə cavab verib.
Oksana









Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib