Yod setkası bu şəxslərə QƏTİ OLMAZ

Yod setkası bu şəxslərə QƏTİ OLMAZYod setkası yuxarı tənəffüs yolları iltihabları (angina, bronxit, laringit və s.), əzələ, bağlar, yumşaq toxumalarının iltihabları və travmaları (miozit, bağların dartınması, hematoma və s.) zamanı çox geniş istifadə olunur.
Lakin bəzi insanlar üçün bu vasitədən istifadə ziyanlı ola bilər. 
Milli.Az saglamolun.az-a istinadən sizə bu haqda məlumat təqdim edir.  
1. Pediatrlar kiçik yaşlı uşaqlara (5 yaşa) yod setkasından istifadə etməyi tövsiyə etmirlər. Yod molekulları uşağın dərisindən qana asanlıqla keçir və bu da uşağın orqanizmində yodun səviyyəsinin artmasına səbəb olur. Bu isə qalxanvari vəzinin fəaliyyətinə mənfi təsir edə bilər.
2. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə müşayiət olunan xəstəlik) zamanı yod setkalarından istifadə etmək qəti şəkildə olmaz.  Həmçinin yodla müalicə alan, yod preparatlarını qəbul edən insanlar da bu vasitənin istifadəsindən imtina etməlidir.
3. İnsanda yoda olan allergiya varsa, bu müalicə üsulu ona ziyan vura bilər. Əgər yod setkasından ilk dəfə istifadə olunursa, mütləq test etmək lazımdır. Dərinin kiçik hissəsinə yod çəkin və yarım saatdan sonra  dərinin vəziyyətinə baxın - səpgi, qızartı və s. varsa, bu vasitədən istifadə etməyin.
4. Yüksək hərarət zamanı yod setkasından istifadə etmək olmaz.
5. Hamilə qadınlara da bu vasitədən istifadə etmək tövsiyə edilmir.  
Nəzərinizə çatdıraq ki, hətta sizdə yuxarıda sadaladığımız ək-göstərişlər yoxdursa, yod setkasından həftədə 2-3 dəfədən artıq istifadə etmək olmaz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1233   Tarix: 21 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

həkim məsləhəti aksessuarlar qadın geyimi tərəvəz yeməkləri qadin psixologiyasi uzun saclarin yigilmasi günay musayeva kosmetika arxadan olmag yemek reseptleri tapmacalar layla qoğalın nağlı