"Yoluxmayan uşaq qalmayıb"
5-12 yaş arasında uşaqlar arasında kovid keçirməyən tapmaq çətin məsələdir. 99% uşaqlar artıq virusla rastlaşıb.
Milli.Az xəbər verir ki, Moskvanın Qamalei mərkəzinin direktoru Aleksandr Qinzburq uşaqlara görə kovid peyvəndinin protokolunda dəyişiklik etməyin vacibliyini bildirib.
"Problem var. Biz uşaqlar üçün peyvənd sınaqlarına başlayanda bu yaş qrupunda antiteli olan uşaq az idi.
Amma indi yoluxmayan uşaq qalmayıb. İndi antiteli olan uşaqlar populyasiyadadır.
Kovidlə rastlaşmayan uşaq orqanizmi tapmaq mümkün deyil. Moskvada biz belə uşaq tapmadıq. Ona görə klinik tədqiqat protokollarında dəyişiklik etməliyik. Bizə icazə verilməlidir ki, sınaqlarda antitellərin aşağı sərhəddi 0, yuxarısı 100 beynəlxalq vahid götürülsün. Bu da aşağı göstəricidir, amma yenə də işimizə yarayar".
Onun sözlərinə görə uşaqlar üçün Sputnik vaksini üçün maliyyə daxil olub, 20 günə işlər başlamalıdır. Əminik ki, bu yaz 6-11 yaş qrupu üzrə vaksin hazır olacaq. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi