Yoqurt xroniki yorğunluqla mübarizə aparmağa kömək edir - FOTO
Probiyotikləri olan südlü içkilər (yoqurt, kefir, qatıq, ryajenka, ayran və s.) stress və narahatlığı azaltmağa kömək edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı immunoloq, tibb elmləri doktoru Andrey Prodeus bildirib.
Onun sözlərinə görə "canlı" mikroflorası olan məhsulların istifadəsi lazımi miqdarda qiymətli maddənin - mərkəzi sinir sisteminin əsas "tormozlayıcısı" hesab edilən qamma-aminobutirik turşunun istehsalına kömək edir. Bu məhsul yuxunu tənzimləyir, düşüncə və yaddaş proseslərini yaxşılaşdırır.
"Probiotikli yoqurtlar və bu qəbildən olan bütün məhsullar mikroblarımızın qamma-aminobutirik turşu istehsal etmək imkanını artırır, onun orqanizmdə səviyyəsini artırır, stress və narahatlığı azaldır", - deyə həkim bildirib.
İmmunoloq vurğulayıb ki, stressi aradan qaldıran digər təsirli vasitə qucaqlaşmadır, onun effektivliyi elmi şəkildə sübut olunub.
Prodeus həmçinin fiziki və nəfəs məşqlərinin də xroniki yorğunluğu məğlub etməyə kömək edəcəyini deyib.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arıqlamağa mane olan 3 böyük səhv
Uzun müddət oturmaq ölüm riskini artırır
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı