Yorğunluğu və halsızlığı aradan qaldıran qidalar
Mövsümi dəyişikliklər halsızlıq və yorğunluq yarada bilər. Belə ki, havaların istiləşməsi yuxu istəyini, ağrıları artıra, halsızlıq və depresiyaya səbəb ola bilər.
Milli.Az Axşam.az-a istinadən bu problemlərdən qurtulmağınıza yardımçı olacaq qidaları təqdim edir.
Yummurta
Yumurta ana südündən sonra bədəndə ən yüksək proteinə sahib olan qidadır və yorğunluq, yuxusuzluğu aradan qaldıran dəmirlə zəngindir.
Çiyələk
Su və liflə zəngin qidalar qan şəkərini balanslaşdıraraq toxluq hissini artırır.Ümumilikdə düzgün qidalanma orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Ananas
Ödəmi azaldır, lifli quruluşa sahib olduğu üçün bağırsaqları işlədir və uzun müddət toxluq hissi verir. Tərkibindəki B1 vitamini isə karbohidratların enerjiyə çevrilməsində mühüm rol oynayır.
Kivi
C vitamini ilə zəngin bu meyvə maddələr mübadiləsini sürətləndirir, dəmirin orqanizm tərəfindən mənimsənilməsini artırır.
Avokado
A, B1, B2, B, B6, C, E, K vitaminləri, fosfor, maqnezium, dəmir, kalium, kalsium, sink, minerallar, omeqa-6 və omeqa-9 yağ turşuları ilə zəngin avokado maddələr mübadiləsini sürətləndirərir.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu