Yüksək təzyiq xəstəliyinin yaranmasının 3 əsas mexanizmi

Yüksək təzyiq xəstəliyinin yaranmasının 3 əsas mexanizmiHipertoniya - yüksək təzyiq xəstəliyidir. Əgər bu problem yarandısa, çox zaman xroniki hala keçir və insan ömür boyu onunla mübarizə aparıb, dərmanlarını qəbul edir.
Çox zaman səhvən elə bilirlər ki, təzyiqin səbəbi baş və ya ürəklə bağlıdır. Əslində isə hər təzyiq xəstəsinin öz səbəbi var.
Milli.Az arterial təzyiqin normadan yüksəlməsinin 3 əsas səbəbi və inkişaf mexanizmini təqdim edir.
Bütün təzyiq xəstələrinin məlumatlanması vacibdir ki, öz təzyiqlərinin səbəbini bilsinlər.
Hələ 3-4 il əvvələ kimi tibb təzyiqdən əziyyət çəkən xəstəyə birinci şikayətdən sonra müəyyən sinfə məxsus və bir qədər yüngül tərkibli dərman təyin edirdilər. O effektsiz olduqda isə başqa dərmana keçirdilər, beləcə sadəcə dərmanlar və dozaları dəyişirdi.
Zamanla bu yanaşma və müalicənin yanlış olduğu, həkimi də, xəstəni də çarəsiz vəziyyətə gətirdiyi sübut olundu.
Təzyiq mədədə yara xəstəliyi deyil ki, konkret müalicə protokolu və buna uyğun müasir bir neçə dərmanı verib yaranın vəziyyətinə baxasan.
Təzyiq xəstəsində hər pasiyentinin özünün səbəbi, mexanizmi və fərdi tənzimləyici sxemi var. Ona uyğun dərman seçmək isə çətindir.
Xəstədə təzyiqin nədən qaynaqlandığını və 3 mexanizmdən hansının baş verdiyini tapıb, ona uyğun müalicə seçilməlidir.
Beləliklə, yüksək təzyiqin 3 əsas yaranma mexanizmi var.
1. Adrenalin əsaslı - simpatik adrenalin
2. Böyrək - renin anqiotenzin
3. Duz-maye balansı
1. Adrenalin mexanizmində səbəbkar orqan böyrəküstü vəziləridir. Onların hasil etdiyi adrenalin miqdarı və ürək-damar sisteminə təsirindən təzyiq yüksələ bilər.
Bu təzyiqin xarakter əlamətləri:
- Daha çox gənc yaşlılarda olur
- Təzyiqin ancaq yuxarı həddi - yəni sistolik təzyiq yüksəlmiş olur
- Ürək ritmi, nəbz sürətlənir
- Ürək müayinəsində ürək atımı yüksəkdir
- Ovuclar, dabanlar buz kimi olur
- Nevroz, təşvişli, emosional, gərgin olurlar
- Təzyiqlərinin qalxdığını ürəkdə narahatlıqla hiss edirlər - sıxılma, yanma, döyüntünün artması, çırpınma
Necə müalicə edilir:
İlk olaraq beta adrenoblokator dərmanlarla (bisoprolol, metoprolol və s) başlanılır. Bu sinifdən olan dərmanlar adrenalinin ürəyə atışını blok edir. Böyrəküstü vəzilər həmişəki kimi adrenalini yüksək hasil etsə də, ürək bunu görmür, hiss etmir.
Beta blokatorlar bəzən bronx spazm, öskürək, kişilərdə cinsi disfunksiya, ereksiya pozulması yaradır. Ona görə gənc, yeni evlənən, ata olmağa hazırlaşan kişilərə ehtiyatla təyin edilir.
Həyat tərzi:
Dərmandan əlavə müntəzəm fiziki iş, idman, iş və istirahət rejiminin tənzimlənməsi, zərərli vərdişlərdən imtina, yaxşı yuxu, gəzmək
2. Böyrək mənşəli mexanizm - böyrəklərdə hasil olan renin adlı hormonun hiper çoxluğundan təzyiqin yüsksəlməsidir. Renin damarların tonusunu çox artırır.
Əsas əlamətləri:
- Orta yaşda insanlarda çox olur
- Həm sistolik - yuxarı, hər də diastolik aşağı təzyiq artır
- Nəbz normada olur
- Ürək USM-də normaldır
- Daban və əllər istidir, normaldır
- Xəstə təzyiqinin artdığını başında, ənsədə ağrı, sıxılma ilə hiss edir
Necə müalicə olunur:
APF ingibitorlaı - enalapril, ramipril və s və ya sartanlar - valsartan, azilsartan ilə başlayır. Effekt olmadıqda kalsium antaqonistləri əlavə olunur: Ampodipin, felodipin və s. Bu dərmanlar rininin damarlara təsirini azaldır
Kriz zamanı nə etməli:
Dil altına kaptopril dərman qoyulur.
3. Bədəndə artıq mayenin toplanması, su duz maye balansının pozulması
Bu təzyiqin əlamətləri:
- Pasiyentlər 50-60 yaş üzəri olur
- Həm aşağı, həm yuxarı təzyiq rəqəmləri, daha çox yuxarı göstərici artır
- Puls normadadır
- ürək atımı fraksiyası UZİ-də aşağı sərhəddədir
- Daban və oruclar istidir
- Piylənmə, bel hissənin ölçüsünün artması
- Ayaqlarda, əldə şişkinlik, ödem
- Xəstə adətən başında sıxılma, yanma, gözlərdə ağrı, yəni başdan təzyiqinin qalxdığını hiss edir
Necə müalicə edilir:
- Əsas dərmanlar sidikqovuculardır - hidroxlortiazid, torasemid - bunlar digər sinif dərmanlarla birgə təyin edilir
- Xörək duzu, duzlu qidalar, alkoqol, şəkər, yağların qəbulu azaldılır
Kriz zamanı hər hansı güclü sidikqovucu içilir. Məsələn: furasemid.
Klassik təzyiq inkişafı: əvvəl bir az gənc yaşda adrenalin mexanizmi ilə başlayır, sonra buna böyrək qoşulur, gec mərhələdə maye durğunluğu olur.
Hazırda bir xəstədə eyni zamanda 2 mexanizmin olması aşkarlanması halları çoxdur. Buna qarışıq hipertenziya deyilir.
Ona görə də hər təzyiq xəstəsinin dərmanı, müalicəsi eyni ola bilməz.
Burdan belə nəticəyə gəlinir:
- Tanış, qohum, dost, aptekdə işçi məsləhəti ilə özünü müalicə, dərman təyini, dərman qəbul etmək olmaz. Ona görə çox xəstələr dərmanın təsir etmədiyini deyir
- Birinci dəfə təyin edilən müalicənin illərlə və həmişəlik effektiv olması demək deyil. Müalicələr dəyişə bilər
- Təzyiq əgər son 1 ayda daim normadan yüksəlibsə, deməli, dərhal müalicəsinə başlanmalıdır. Aylarla gözləmək olmaz. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1789   Tarix: 25 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI

Somnoloqlar gündüz saatlarında uyğun olmayan şəraitdə belə qısa müddətli yuxunun sağlamlıq üçün faydalı olduğunu açıqlayıblar. xəbər verir ki, onların sözlərinə görə, güclü yorğunluq zamanı yaranan hər bir istirahət imkanında

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

turlar.az

toy makiyaji sekilleri yay geyimləri 2026 yemek reseptleri hobbi seksin növləri xatire islamin sekilleri hamiləlik və analıq kosmetika sağlamlıq novruz bayramı haxışta zəhmət meseller qiz evi haxista