Yuxu zamanı qolların keyiməsi. SƏBƏBLƏR
Bir çox insanlar bu problemlə üzləşir. İnsan səhər oyananda qolunu hiss etmir, qolda sancma və ağrı hissi olunur.
Dərhal təşvişə düşməyin. Bunun səbəbi çox adi ola bilər.
Qollarda keyimənin səbəbləri müxtəlifdir. Əksər hallarda bu narahat pozada yatmaq, çox hündür yastıq, dar gecə paltarı, ağır fiziki iş və s. ola bilər.
Lakin bəzən qollarda keyimə bəzi xəstəliklərin simptomu kimi meydana çıxır.
Əgər qollar tək gecə deyil, gündüz də keyiyir, keyimə gec keçir, keyimə ani şəkildə baş verir, əllər getdikcə zəifləyir və s. kimi simptomlar əmələ gəlirsə, mütləq həkimə müraciət edin. Bu hər hansı xəstəliyin simptomu ola bilər. Saglamolun.az sizə bu xəstəlikləri təqdim edir:
- bilək kanalının sindromu. Bu zaman əllərdə keyimə və ağrı yaranır, vaxt keçdikcə insan adi əl hərəkətləri edə bilmir, əlində bir əşya sıxa bilmir və s. Bu çox ciddi pozulma hətta əlilliyin inkişafına səbəb ola bilər. Bir çox hallarda bu pozulma kompüterdə işləyən insanlarda, dərzilərdə, musiqiçilərdə, rəngsazlarda inkişaf edir.
- onurğa sütunu xəstəlikləri. Bu zaman qollara gedən sinirlər və qan damarları sıxılır ki, nəticədə qollar keyiyir.
- şəkərli diabet
- qanazlığı
- ürək və damar xəstəlikləri
- sinir sistemi xəstəlikləri.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi