Yuxulu hərəkət edən lunatiklərin törətdiyi OLAYLAR

Yuxulu hərəkət edən lunatiklərin törətdiyi OLAYLARLunatizm və ya somnambulizmi yuxu pozğunluğu kimi təsvir edə bilərik. Hesablamalara görə hər 5 uşaqdan biri lunatik olur.
Ancaq zaman keçdikcə, bu say azalaraq insanların 1-2,5 faizi arasında müşahidə edilir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, araşdırmalardan alınan nəticələrə görə, bəzi lunatiklər yatarkən nədənsə qorxduqlarını düşünür və ondan qaçırlar. Bəziləri isə nə isə axtarırmış kimi sakit şəkildə şkafları, ya da siyirmələri qarışdırır. Maraqlı vəziyyətlərdən biri də budur ki, onlar pilləkənlə sanki oyaqmış kimi enir, başqaları ilə birlikdə oturub televizor seyr edirlər.       
Yuxu mərhələləri
Beynin necə yuxu zamanı "qalxıb gəzmə" əmri verməsinin səbəbini bilməsək də, yatarkən nələr olduğunu bilirik. Aydındır ki, yatan zaman fərqli yuxu mərhələlərindən keçirik. Əvvəl yüngül yuxu, 20 dəqiqə sonra dərin yuxu, sonra yenə yüngül yuxu, sonra sürətli göz hərəkətlərinin gerçəkləşdiyi mərhələ gəlir. Məhz bütün arzularımızı bu mərhələdə görürük.
Yuxu zamanı hərəkət etməyimizin qarşısını almaq üçün bədənimiz bu mərhələdə iflic halında olur. Amma somnambulizm daha dərin yuxu zamanı baş verir. Maraqlı və paradokslarla dolu bir haldır. Beyin hərəkət edəcək qədər fəal olur, amma bu fəallaşma oyanma həddində deyil.
Lunatiklərin zombi kimi qollarını irəli uzadıb yeriməsi inancı doğru deyil. Ancaq gözləri açıq olduğu halda belə görə bilməzlər. Onların diqqətini çəkmək çətindir. İşığı yandırmaqlarına ehtiyac yoxdur, yaddaşları onlara rəhbərlik edir.
Əsas səbəb nədir?
Somnambulizm olduqca fərqli səbəblərdən ötrü ortaya çıxan bir xəstəlikdir. Bəzən yorğunluq, kədər, stress, panika kimi psixoloji amillərdən qaynaqlanır. Eyni zamanda, ürək narahatlıqları, astma kimi fizioloji narahatlıqlarda yarana bilər.
Lunatiki oyatmaq
Lunatiki yuxudan oyatmağın hər hansı böyük riski yoxdur. Ancaq unutmayın ki, insan hərəkətlərinin fərqində olmadığı üçün oyananda olduqca qəribə bir vəziyyətdə olacaq. Ona görə oyandığı zaman təmkinlə vəziyyəti ona danışmalısınız.
Ancaq daha yaxşı olar ki, onu sakit şəkildə yatağına tərəf yönləndirəsiniz, bu onun həyəcan keçirməsinin qarşısını alır. Xüsusilə uşaqlar üçün bu vacibdir.
Təhlükə varmı?
Bəzən ola bilər ki, lunatik özünə zərər yetirsin. Bir şeyə ilişib düşə bilər ya da gəzərkən maşınla toqquşma kimi hallara rast gəlinə bilər.
Lunatiklər haqqında maraqlı məlumatlar
- Siam əkizlərində tez-tez görünən bir xəstəlikdir.
- Lunatiklər gözləri ilə deyil, yaddaşları ilə hərəkət edirlər.
- Lunatizm oğlan uşaqlarında daha çox görünür.
- Somnambulizm xəstəliyindən əziyyət çəkənlər normal həyatda şüurlu olaraq etdikləri hər şeyi edə bilirlər.
- Bir çox ölkədə lunatik işlədiyi günahdan ötrü cəzalandırılmır.
- Somnambulizm 1 dəqiqə ilə 30 dəqiqə arasında baş verir. Orta hesabla 10 dəqiqə.
- Oyaq halda edə bilmədiyi nəyisə yatarkən edə bilir. Məsələn, şəkil çəkməyi bacarmayan lunatik yatarkən bunu bacarır.
- Aparılan tədqiqatlara görə, lunatiklər yuxudaykən ağrı hiss etmirlər və oyanmırlar. Yalnız oyandıqları vaxt zədələndiklərini görə bilərlər.
Maraqlı hadisələr
2000-ci ildə gənc lunatik qaynatası və qaynanasını öldürür, daha sonra yuxudaykən maşınla polisə gedir və qatil olduğunu açıqlayır.
2004-cü ildə isə bir oğlan özünü 4-cü mərtəbədən atır. Qəribəsi budur ki, sonra heç nə olmamış kimi ayağa qalxan oğlan yuxuda gəzməyə davam edir.
Avstraliyada bir qadın özündən xəbərsiz ərinə xəyanət edir. Bir gün əri onu başqa kişi ilə birlikdə görür. Qadın isə heç nə xatırlamadığını deyir. Sonradan məlum olur ki, o lunatikdir və hər gecə yolda qarşısına çıxan kişi ilə cinsi əlaqədə olur.
Nyu-Yorklu Dion Makqreqor yuxusunda olduqca yaradıcı mahnılara imza atıb. Hətta onun albomu belə çıxmışdı.
London Universiteti Xəstəxanası Yuxu Klinikasından professor Metyu Uolker təsdiq edir ki, lunatik bir xəstəsi evdən kənara çıxmış və  yatarkən maşın sürmüşdür. 15 yaşındakı bir gənc qız isə 2005-ci ildə  40 metr hündürlükdə bir kranın üzərinə qalxmış və orada yatarkən görünmüşdü.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1693   Tarix: 04 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari geyim dəbləri toy ucun maraqli ideyalar qisa saclarin yigilmasi intim pozalar qadinda cinsi isteksizlik kosmetika kurtlar vadisi aybawi qardasa aid haxistalar arıqla burcler haqqinda