Yuxunu almağın və bütün gün ərzində gümrah olmağın 6 yolu!

Yuxunu almağın və bütün gün ərzində gümrah olmağın 6 yolu!Bugünün dünyasında bizlərdən çox az hissəmiz sağlıqlı və rahat yuxunu ala bilirik. Kimsə yuxusuzluqdan əziyyət çəkir, kimsə tam tərsinə yuxudan "doya" bilmir. Çox təəssüfki, bütün bunlar bizim sağlığımıza və orqanizmimizin vəziyyətinə mənfi təsirini göstərir.
Lakin çıxış yolları mövcuddur. Yaxşı yataraq tam yuxunu ala bilmək üçün aşağıda göstərilən 6 sadə qaydalara müntəzəm olaraq riayət etmək lazımdır:
1. İsti vanna qəbulu
Bu ağır iş günündən sonra istirahət üçün ideal yoldur. Yuxudan öncə qəbul edilən vanna, keyfiyyətli istirahəti təmin edir. Daha effektli təsir üçün vannaya müxtəlif otlar da əlavə etmək olar.
2. Yuxudan öncə kitab oxu
Yatmazdan əvvəl televizora baxmaq əvəzinə kitab oxumaq daha yaxşıdır. Çox güman ki, kitab oxumağa başladıqdan bir neçə dəqiqə sonra yuxu gəlməyə başlayacaq. Kitab seçərkən diqqət edin, bu detektiv və qorxu janrı olmasın. Klassik ədəbiyyat ən yaxşı seçimdir.
3. Şam yeməyində çox yeməyə üstünlük verməyin.
Çoxumuz düzgün qida rejiminə diqqət etmirik. Çox zaman günorta naharını ötürüb onu şam yeməyi ilə əvəz edirik. Bunu anlamaq lazımdır ki, mədə dolu olduqda orqanizm həmin qidanı həzm etməklə məşğuldur. Bu halda sağlam və rahat yuxu haqqında heç bir söz ola bilməz. Məhz buna görə də, axşam yeməyində özünüzə nəzarət etməlisiz.
4. Rahatlaşmış vəziyyətdə yatmağa uzanın.
Yatmadan öncə ağır fiziki işlərlə məşğul olmayın. Məşqlərdən ən az 5 saat sonra yatmaq lazımdır. Əks halda sizin bədəniniz oyaq halda olacaq.
5. Özünüzə uzunmüddətli yuxu təmin edin.
Əgər siz həqiqətən də, yaxşı yataraq yuxunuzu tam almaq istəyirsinizsə, onda gecə yarısından gec olmayaraq uzanmalısınız. Həmçinin saatınızı çox erkən vaxta qoymağınız məsləhət deyil. Ən az 8 saat davam etdiyi müddətdə yuxunu tam olaraq almaq olar.
6. Döşəyinizi (matras) dəyişin
Bəzən pis yuxuya səbəb köhnə, narahat döşək ola bilər. Və yaxud o yaxşı vəziyyətdədir, lakin sizə uyğun deyil. Ola bilər ki, döşək hədsiz yumşaqdır və ya əksinə bərkdir. Ən az bir müddətlik onu dəyişməyə cəhd edin.
Əgər hələ də, düşünürsünüzsə yuxu sadəcə "zəiflər" üçündür o zaman bu fikirdən uzaqlaşın və şirin yuxuyla yatın. Bu qaydalara əməl etsəniz yuxusuzluqdan qurtularaq bütün gün ərzində gümrah olacaqsınız.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1437   Tarix: 26 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari gozel gorunmek sac duzumleri aybasi cantalar 2026 qiz usagini acmaq qisa saclarin yigilmasi kosmetika bahar oğlan evine aid hakisda faydalı məsləhətlər seksler novruz bayramına aid bakışta