Yuxunuz pozulub? - Səbəb sizin mobil telefonunuz ola bilər

Yuxunuz pozulub? - Səbəb sizin mobil telefonunuz ola bilərAlimlər dəqiq müəyyən edib ki, mobil telefonlar radiotezlik enerjisi adlanan (RT) aşağı səviyyəli elektromaqnit şüalanma generasiya edir.
Milli.Az modern.az-a istinadən bildirir ki, hələlik elmi dairələrdə bunun sağlamlıq üçün təhlükəli olduğu barədə vahid fikir olmasa da, milyonlarla insan daima yanımızda olan, gecələr başımızdan bir neçə sm aralıda yüklənməyə qoyduğumuz mobil telefondan mümkün risklərdən narahatdır.
Çoxları düşünür ki, şüalanma onlara gecələr yaxşı yatmağa mane olur. Belələri üçün İsrailin yuxular texnologiyaları üzrə ixtisaslaşan Elvy.ai startapı Elvy Night Charger telefon üçün naqilsiz yükləmə qurğusu işləyib hazırlayıb və bu qurğu elektromaqnit şüalanmanın 95 faizini bloklayır. Bu zaman telefonun bütün funksiyaları işlək olur.
"216 milyon amerikalı hər gecə mobil telefonlarını əlçatan yerlərdə yüklənməyə qoyaraq yatır. Bu, pis yuxunun əsas səbəblərindən biridir", - bunu Elvy.ai -ın baş direktoru və həmtəsisiçisi Oded Broşi "NoCamels" nəşrinə müsahibəsində deyib.
Onun komandası şüaların insana çatmamasına imkan verən yükləmə qurğusu işləyib hazırlayıb, bu zaman telefonu əhatə dairəsi saxlanılır və rabitəyə zərər vurmur.
Bəziləri iddia edir ki, telefonlar təhlükəlidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq xərçəngi öyrənən agentlik (IARC) 2011-ci ildən radiotezlikli elektromaqnit sahəsini "insan üçün mümkün kanserogen amillər" kimi təsnif edir (mobil telefonlardan istifadə ilə bağlı olan baş beynin bədxassəli şişi olan qliomanın riskini artıran 2B) qrupu).
Digərləri iddia edir ki, telefonlar təhlükə törətmir: FDA (ABŞ qida məhsulları və dərman preparatlarının keyfiyyətinə nəzarət Agentliyi) rəhbərliyinin 2020-ci il tarixli Rəhbəredici vəsaitində deyilir: "Elmi məlumatlar mobil telefondan istifadə zamanı radiotezlik enerjisinin təsirinin sağlamlıqla bağlı hər hansı problemləri əlaqələndirmir".
Təşkilatlardan heç biri Elvy.ai komandasını narahat edən yuxu pozuntusu problemləri ilə məşğul olmur.
Startap mütəxəssisləri iddia edir ki, mobil telefonlar üçün get-gedə populyarlaşan naqilsiz yükləmə qurğuları elektrik naqilli standart yükləmə qurğularından 4 dəfə çox elektromaqnit şüalanma verir.
"Alfa-tezlik dalğaları biz yatmağa hazırlaşarkən meydana çıxan beyin dalğalarıdır, - Broşi deyir. - Elektromaqnit şüalanma isə yuxu tsikləri zamanı meydana çıxan alfa-dalğalara mane olur". Onun sözlərinə görə, nəticədə yuxu çətinləşir və   səhərlər biz özümüzü yorğun hiss edirik.
Davranış analitikası üzrə mütəxəssis, startapın həmtəsisçisi Or Xarel deyir ki, onların qoruyucu ekranının yuxunun keyfiyyətinə təsirini obyektiv olaraq ölçmək üçün hələlik kliniki sınaqlar keçirməyib.
Lakin bunu sınayan könüllülərin rəyləri müsbətdir: "Onlar daha yaxşı yatır və həmişə də məndən soruşurlar ki, bizim yüklənmə qurğumuzu özlərində saxlaya bilərlərmi".
Elvy.ai deyir ki, onların ixtirası ilə yeddi investor maraqlanıb və bu yaxınlarda Arieli Capital və The Bridhe Healing center-nin rəhbərliyi altında investisiyalarla maliyyələşmə raundunu bitirib.
Yüklənmə qurğusu gələn aydan satışa buraxılacaq, gözlənilən qiyməti 60 dollardır.
Broşinin sözlərinə görə, bu, iri brendin yüklənmə qurğusundan çox deyil, ona görə də "hətta onun yuxu üçün faydasına əmin olmasanız belə, heç nə itirməyəcəksiniz", - o, belə deyib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 965   Tarix: 21 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar toy makiyajlari 2026 burcler yay paltarlari 2026 gəlinliklər bir yaşına qədər körpələrə qulluq kosmetika oglan evi qogal şəkərbura vətən haqqında atalar sözləri rus dili