Yuxusuzluğun orqanizmə ziyanı varmı?

Yuxusuzluğun orqanizmə ziyanı varmı?Yuxu orqanizmin ən vacib fizioloji vəziyyəti olsa da, onun mənşəyi və səbəbləri hələ indiyədək tam öyrənilməyib. Yuxuya gedən canlının şüuru bir neçə saatlığa sönmüş olur. Bununla belə alimlər yuxunun bəzi qanunauyğunluqlarını da aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatan yetkin insanlara uzun ömür sürmək nəsib olur. Yuxu azlığı isə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Bəs yatmamaq necə, mümkündürmü?

Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bu sahədə maraqlı bir tədqiqat aparıblar. İlk yuxusuz gecədən sonra insan beynində mezolomit sistem aktivləşərək qana defomin atır. Həmin təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir, yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır.

İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemi fəaliyyəti pozulmağa başlayır. Üçüncü yuxusuz gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.

Elmi təcrübələr nəticəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam edib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Həmin proseslər zamanı alimlər bir sıra maraqlı nəticələrə gəliblər.

Yuxusuz keçən 11 gecədən sonra dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərketmə prosesi çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməkdə davam edib: nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixi pozulmalar meydana gəlib. Lakin təcrübə elə həmin mərhələdə də dayandırılıb. Yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.

Sağlamlıq     Baxılıb: 2610   Tarix: 15 fevral 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

yay kolleksiyasi yemek reseptleri gelinlikler hakışta fitnes klubu aliment öhdəlikləri doslu qizlar kosmetika baldiza aid hakisda faydalı məsləhətlər kahfe falı eqreb geyim