Yuxusuzluq münasibətlərdə qəzəb yaradır
Yuxusuzluq münasibətlərdə qəzəbi və digər mənfilikləri artırır.
Milli.Az lent.az-a istinadən bildirir ki, Amerikanın Villanova Universitetinin psixoloqları yuxusuzluğun romantik və ailə münasibətlərinin müxtəlif aspektlərinə təsirini aydınlaşdıran təcrübə aparıblar.
Eksperimentə evli və ya uzunmüddətli münasibətdə olan universitet tələbələri və digər qruplar cəlb olunub. Məlum olub ki, bir ay ərzində xroniki olaraq yuxusuz qalan könüllülər həyat yoldaşı yaxud partnyoru ilə qarşılıqlı əlaqənin müxtəlif aspektlərini mənfi şəkildə qəbul etməyə başlayıblar.
Xüsusilə, yuxusuzluqla əlaqəli qəzəb səviyyəsində artım müşahidə olunub. Mənfilik həm tərəfdaşın özünə, həm də ətrafındakılara, həyatın müxtəlif amillərinə yönəldilib. Xoşməramlılıq, anlayış, kömək etmək istəyi, tərəfdaşa dəstək olmaq, hətta cinsi yaxınlıq və məmnunluq keyfiyyəti azalıb.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq
Bu qidalar prostat xərçəngi riskini artırır
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
Həsən Osmanov vəfat etdi
Tünzalə Ağayeva - "Ürəyim tək sənin üçün döyünür hər dəfə..." - Foto