Yüz minlərlə insanı ölümdən qurtaracaq DƏRMAN TAPILDI
Harvard Universitetinin amerikalı kimyaçıları mikrob əleyhinə dərmanlara güclü müqavimət göstərən bakteriyaların müdafiəsinə qalib gələ bilən yeni antibiotik yaradıblar.
Milli.Az referans.az-a istinadən bildirir ki, tədqiqat "Science" elmi jurnalında dərc olunub.
"Kresomisin" adlanan dərman bir çox patogenlərə, o cümlədən qızıl stafilokok və Pseudomonas aeruginosa kimi məşhur superböcəklərə qarşı təsirli olub.
Mütəxəssislər deyirlər ki, yeni molekul zülal sintezini idarə edən biomolekulyar mexanizm olan bakterial ribosomlara bağlanma qabiliyyətini nümayiş etdirir.
Ribosom funksiyasının pozulması bir çox antibiotiklərin əlaməti olaraq qalır. Amma bəzi bakteriyalar preparatın komponentlərini bloklayan fermentlər ifraz etməyi öyrəniblər.
"Kresomisin" ribosomu etibarlı şəkildə bağlayan və onun funksiyalarını yerinə yetirməsinə mane olan xüsusi bir molekul forması sayəsində bu müdafiəni keçib və nəticədə bakteriya məhv edilib.
""Kresomisin" və oxşar dərmanların insanlarda təhlükəsiz və effektiv olub-olmadığını hələ bilməsək də, nəticələrimiz hər il bir milyondan çox insanın həyatına son qoyan patogen bakteriya ştamlarının uzun siyahısına qarşı əhəmiyyətli dərəcədə yaxşılaşmış inhibitor fəaliyyəti göstərir", - deyə tədqiqatın aparıcı müəllifi olan professor Endryu Myers bildirib.
Milli.Az









Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Deniz Akkaya saxlanıldı
Elgiz Əkbərin anası vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO