Zamiqdən yeni layihə - "Geyimlərim 1 aya hazırlanıb"

Zamiqdən yeni layihə - "Geyimlərim 1 aya hazırlanıb"Müğənni Zamiq Hüseynov yeni klipinin çəkilişlərinə start verib.
Open.az xəbər verir ki, sənətçi sözləri İsmayıl Əsədov, musiqisi isə öz komandasına məxsus olan mahnını ekranlaşdırmaq qərarına gəlib.
O, işi Delee (Cavid) Orucluya həvalə edib. "Mahnının musiqisi özümüzə aiddir. Dostlarımızla birgə yaratmışıq. Bəstə tam hazır deyil, tam versiyaya vaxtımız çatmadı. Belə qərara gəldik ki, klip üçün yüngülvari hazırlayaq, daha sonra üzərində işləyərik. Heç adı da bəlli deyil. Sözləri çox xoşuma gəldi. Bir hissəsi Azərbaycan, digəri rus dilindədir. 40-a yaxın yeni mahnımız var, amma bu, bizi daha çox oynatdı və klip çəkdirmək qərarına gəldik. Klipdə obraz, stilist işi, dekorasiya- bir sözlə hər şey mənə aiddir. Delee bura operator kimi gəlib. Nə istəyirəmsə, onu da çəkir. Geyimlər artıq 1 aydır ki, tikilir. İki obraz hazırlanıb. Hər şey özəl olaraq hazırlanıb. Bir çox klipimdə öz fikirlərim rol alıb. "Varmı" kilipimdə də hər şey mənə aiddir."- deyə Zamiq bildirib. Müğənni bütün işləri özünün görməsinin səbəbini də açıqlayıb: "Başqaları məni yola verir. Kimsə mənim klipimi ürəyimcə çəkmir. Yüz faiz mənim əlavələrim olur. Bəlkə də, həmin insanlar peşəkardır və mən istədiyimi verə bilmirlər. Hamı bilir ki, Zamiq bu sənətdə ən zövqlü insanlardandır. Bu günə gəlib çıxmaq üçün axtarışda olmuşam, rənglərlə maraqlanmışam. Görürəm ki, öz işlərimə bir addım yaxınlaşmışam. Düşünürəm ki, bundan sonra klipimdə geyimlərimi də özüm hazırlayım". Zamiqin sözlərinə görə, 10 gün ərzində yeni klipi hazır olacaq: " Bəlkə də, yay mahnısını çıxarmaq üçün gecikmişəm. Ötən ay işlərimiz, tədbirlərimiz çox idi, ona görə vaxt ayıra bilmədik". /open.az

Şou Biznes     Baxılıb: 2167   Tarix: 08 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. "axşam.az"a istinadla xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını

.

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıql

.

Yusif Mustafayev 17 kiloqram arıqlayıb

Əməkdar artist Yusif Mustafayev 17 kiloqram arıqlayıb. xəbər verir ki, sənətçi bu barədə "1001 Şou" verilişində danışıb. O, 103 kiloqramdan 86 kiloqrama qədər arıqladığını bildirib:. "Plan qoymuşam, özümü arıqladıram

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik araşdırması çərçivəsində Afra Saraçoğlunun da aralarında olduğu bir neçə nəfər barəsində gözaltı qərarı verilib. xarici mətbuata istiandən xəbər verir ki, araşdırma Bakırköy Respublik

.

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

.

Türkiyədə məşhurlar saxlanıldı

İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı "Məşhurlara qarşı narkotik araşdırması" çərçivəsində İstanbu

.

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya ödədiyi alimentlə bağlı məhkəmə işi yekunlaşıb. Moskva Şəhər Məhkəməsinin mülki işlər üzrə kollegiyası sənətçinin keçmi

.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Sənətçi axşam.az-a açıqlama verən hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub:. "Ö

turlar.az

gozel gorunmek sac duzumleri yay geyimləri 2026 qarağatın faydaları vetenperverlik döşləri necə böyütmək olar qadın kostyumları kosmetika vətən haqqında bayatılar novruza aid hakistalar 8 mart qizliq perdesi