"Zamiqi efirə çağırmıram, 2 saatımı ona həsr edə bilmərəm" - Tolik
Prodüser Tarix Əliyev (Tolik) müğənni Zamiq Hüseynovla bağlı qalmaqallı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, Tolik "hər şey daxil" verilişində ifaçının son mahnılarının hit olmadığını deyib:
"Zamiqin 1 ay içində "Özü bilər" mahnısının 1 milyon baxış yığmağını şişirtdilər. Aysun İsmayılovanın "Mashup"ı 2 günün içində 3 milyon baxış yığdı. Zamiqi şişirtdilər... 30 gün içində 1 milyon baxış göstərici deyil. Mənim üçün Zamiqin sonuncu sevilən mahnısı "Kaman" olmuşdu. Yadımda qalmır. Zamiq özünə hörmət edən sənətçidir, Brilliant Dadaşova məktəbi keçib. Amma son vaxtlar onun "Kaman"dan başqa mahnısı tutmadı. İnsanların sənə tələbatı olmalıdır. Ətrafının hesabına gündəmdə qalmamalısan".
Tolik Zamiqi efirə dəvət etməməyinin səbəbini açıqlayıb:
"Zamiqi efirə dəvət etmirəm. Çünki efirə tək gəlmək istəyir. Heç xalq artistləri var ki, efirə tək çağırmıram. 2 saatımı Zamiqə həsr edə bilmərəm. Kiminsə sifarişi ilə veriliş hazırlaya bilmərəm".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir