Zaqatalada yayılan qızılca xəstəliyi bütün ölkəni əhatə edə bilərmi? - ARAŞDIRMA - FOTO

Zaqatalada yayılan qızılca xəstəliyi bütün ölkəni əhatə edə bilərmi? - ARAŞDIRMA - FOTOZaqatala Rayon Mərkəzi Xəstəxanasına bir ay ərzində qızılca simptomları ilə 64 müraciət daxil olub. Güclü yoluxdurma qabiliyyətinə malik olduğu üçün bu rəqəmlər valideynlər arasında narahatlığa səbəb olub. Maraqlıdır, əvvəllər qızılca xəstəliyinin yayılması ilə bağlı məlumatları gec-gec eşidirdik. Bəs son vaxtlar bu xəstəliyin yenidən gündəmə gəlməsinə səbəb nədir? Zaqataladakı yoluxma bütün ölkəni əhatə edə bilərmi?
Milli.Az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqaləsində bu və digər suallara cavab axtarıb.
Vaksinasiya prosesində ciddi yanlışlıq var
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirdi ki, mövsümü olduğu üçün qızılca hazırda qonşu ölkələrdə də özünü göstərir:
"Qızılca uşaq infeksion xəstəlikləri qrupuna aiddir və biz müəyyən dövrlərdə yoluxmanı müşahidə edə bilərik. Amma uşaq infeksion xəstəlikləri, xüsusilə də qızılca ilə mübarizədə vaksinasiya mühüm əhəmiyyət kəsb edir. Qızılcaya qarşı peyvənd bir və altı yaşında həyata keçirilir. Vaxtilə vaksinasiyanın düzgün həyata keçirilməsi nəticəsində Azərbaycanda bu qrup xəstəliklər demək olar ki, minimuma enmişdi. İndi Zaqatalada olanlar vaksinasiya prosesində ciddi yanlışlığın olduğunu göstərir".
Zaqatalada yayılan qızılca xəstəliyi bütün ölkəni əhatə edə bilərmi? - ARAŞDIRMA - FOTOİlkin səhiyyə xidmətlərində boşluqlar var
Deputat qeyd edir ki, ilkin səhiyyə xidmətlərində boşluqlar var:
"Sanitar epidemioloji stansiyalar əvvəlki qaydada tam gücü ilə fəaliyyət göstərə bilmir və infeksionistlər ilkin səhiyyə xidmətlərindən götürülərək ancaq stasionarlarda yerləşdirilib. Bu da bu prosesdə peşəkar nəzarətin bir qədər zəifləməsinə gətirib çıxarır. Sosial şəbəkələrdə peyvəndlərə qarşı əsassız şübhələrin yaradılması, peyvənddən imtinanın təbliği vaksinasiya prosesində ciddi problemlər yaradır. Bu, könüllülük əsasında həyata keçirildiyi üçün valideynlər ilkin səhiyyə xidmətində peyvənddən imtina edə bilirlər. Üstəlik, həmin uşaqlar bağçalara, məktəblərə o imtina əsas gətirilərək qəbul olunur. Bu da vaksinsiz uşaqların kollektivdə olmasına gətirib çıxarır. Bir uşaq qızılca olduqda, yüksək sürətli yayılma qabiliyyəti olan virus bütün kollektivi yoluxdurur".
Qızılcanı ram etmişdik, amma...
Pediatr Vaqif Qarayev bildirdi ki, bütün dünyada qızılcadan qorunmağın yeganə yolu peyvənddir:
"Qızılcanı ram etmişdik, amma COVID-dən də 1-2 il əvvəl kütləvi şəkildə yayılmasının şahidi olduq. Ən böyük səbəbi isə valideynlərin övladlarını peyvənddən qorumasıdır. Bu gün dünyada peyvənd əleyhinə mübarizə aparan böyük bir ordu var. İnsanlar övladlarını qorumaq üçün bu orduya qoşulmamalıdır. Peyvənd adı çəkən kimi həkimi söyür, təhqir edirlər. İnsanlar tibbin dediyinə inanmır, ara adamların fikirlərini düzgün hesab edirlər. Nəticəsi də budur".
Pediatr deyir ki, COVID-dən öncə xəstəxanalar qızılcaya yoluxanlarla dolu idi:
"COVID başlayandan sonra məktəblər bağlandı. Elə ki COVID-i aşdıq, qızılca və qrip yenidən baş qaldırdı. Tək Zaqatalada yox, hər yerdə var. Qızılca ağırlaşmaları çox təhlükəlidir. Tibb əhli də qorxur ki, ölüm faizi çoxalacaq".
Zaqatalada yayılan qızılca xəstəliyi bütün ölkəni əhatə edə bilərmi? - ARAŞDIRMA - FOTOPeyvənddən yayınan valideynlər məsuliyyətə cəlb olunmalıdırmı?
Səhiyyə Nazirliyinin səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib ki, övladını müayinəyə aparmayan, peyvənddən yayındıran valideynlər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsində məsuliyyət növü var:
"İnzibati Xətalar Məcəlləsinin 214-cü maddəsində qeyd edilən məqamlar var. Həmin qanun uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulması barədə məqamları özündə ehtiva edir. Peyvənd bu maddənin bir hissəsidir və həmin maddə də qeyd edilən digər hallarda da bu məsuliyyətə cəlb olunma qüvvədə qalır. Valideynlərin uşaqlarını vaxtında müayinəyə, peyvəndə gətirməsi ilə bağlı onlarla danışıqlar aparılmalıdır. Bu istiqamətdə maarifləndirmə tədbirlərinə ehtiyac var. Bu kimi hallar israrla təkrarlandığı halda isə qanunla həmin valideynlərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir".
İş işdən keçəndə artıq gec olur
Vaqif Qarayev də həmin valideynlərin məsuliyyətə cəlb olunmasının tərəfdarıdır:
"Sovet dövründə poliklinikaya valideyni polislə gətirirdilər. Mən bir ölkədə işləyirdim. O zaman balaca qəsəbədə hökumət əhaliyə ev verirdi. Peyvənddən imtina edənlərin hətta evi əllərindən alınırdı. Peyvənd çox ciddi məsələ idi. Hər bir valideyn "qızılca" yazıb axtarış versin və görsün dünyada nələr baş verir və təhlükəsi nədir. Valideynlər gəlir, soruşuruq ki, uşaq niyə peyvənd olunmayıb, deyir ki, bilmirik, dedilər ziyandır. İş işdən keçəndə artıq gec olur".
Hansı yemək, yaxud meyvə qızılcaya qarşı antitel yaradır?
Bəzi valideynlər isə düşünür ki, müəyyən qidalarla uşağın immunitetini qaldırmaqla qızılcadan qorumaq mümkündür. Həkim vurğulayır ki, acınacaqlısı bunu tək valideynin deməyi deyil, bu fikirdə olan həkimlərin də olmasıdır:
"Bu, dəhşətlidir. Hansı yemək, yaxud meyvə qızılcaya qarşı antitel yaradır? Elə bir ərzaq məhsulu, qida maddəsi varmı? Elmin üzərinə bu qədər cahilcəsinə getmək olmaz".
Peyvənd 100 faiz qoruyur
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılcanın yüksək dərəcədə yoluxucu olduğunu və qripdən altı dəfə daha çox sürətlə yayıldığını bildirib. Xəstəliyin ciddi fəsadlarına korluq, ensefalit (beynin iltihabı), qulaq infeksiyaları (daimi karlıq) və pnevmoniya kimi ağır tənəffüs yolları infeksiyaları daxildir. Həmçinin bildirilib ki, qızılcaya qarşı vurulan QPM peyvəndinin iki dozası bu xəstəlikdən demək olar ki, 100 faiz qoruyur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1590   Tarix: 26 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

gozel gorunmek maskalar aksessuarlar kicik biznes qurmagin yollari masaj edirem ideal toy ayaq sismesi kosmetika kondom vətən haqqında atalar sözləri aslan novruz haqistalari xərçəng bürcü