Zaur Baxşəliyev Günay ilə münasibətindən danışdı: 'O gün bir şərh oxudum ki

Zaur Baxşəliyev Günay ilə münasibətindən danışdı: 'O gün bir şərh oxudum kiTanınmış teelaparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyeva "ASAN TV"nin qonağı olublar.
AZEBER.COM xəbər verir ki, 14 ildir evli olan cütlük ilk dəfə şəxsi münasibətlərindən danışıblar.
Sevilən cütlük ilk tanışlıq günlərini belə xatırlayır:
"O vaxt xəstəxanaya getmişdim. Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz, sizin üçün qurban kəsəcəyik. Həmin anda əsəbiləşdim ki, mən nə üçün gəlmişəm, insanlar mənə nə deyir. Hər şey ATV kanalında başladı. Mən müsabiqədən keçdim və məni Zaura tapşırdılar. Sınaq çəkilişi etdik. Tanışlığımız belə oldu. "Bizim səhər", "Onun yarısı" və digər verilişlərdə birgə çalışdıq. O gün bir şərh oxudum ki, yazmışdılar, "Deyəsən, "Onun yarısı" verilişində ancaq Zaurla Günay xoşbəxt olmağı bacardı. Bu, belə deyil. Bu cür ailələr çoxdur".
Zaur həyat yoldaşının qısqanclığından da gileylənib:
"Artıq 14 il olacaq ki, ailəliyik. Ailəmiz olmasa, dünya dağılar. Hər şey ailənin üzərində qurulub. Günayın da qısqanclığı var, mənim də. Amma yersiz, xəstəlik formasında deyil. Günay qısqanclıqlarına yaxşı bəraət qazandırmağı bacarır. Bilir ki, haradan yanaşsa, qısqanclığı görünməz. Onun emosiyalarını qısqanclıq yox, ağıllı tədbir kimi görürəm".
Günay isə bildirib ki, Zaurla gec ailə qurmasından peşmandır:
"Ailə təhlükəsiz bir liman, sığınacaq, qarşılıqlı hörmət və sevgidir. Çox sevinirəm ki, mənim həyat yoldaşım Zaurdur. İstənilən mövzunu ona danışıram və onun məsləhətlərinə güvənirəm. Mən sevmirəm nəyinsə üstünü ört-basdır edim. Çünki yığılır-yığılır, ailə ailə olmur. Qoy elə onun da başı ağrısın. Ailə quranda Zaurun 31, mənim isə 26 yaşım var idi. İndi düşünürəm ki, kaş daha tez ailə qurardıq, uşaqlarımız bir az böyük olardı. Amma bəzən Zaura deyirəm ki, bəlkə də tez evlənsəydik, ailə olmazdıq. Çünki evliliyimizdən bir neçə il əvvəl Zaur mənə evlilik təklifi etmişdi və bizdə alınmamışdı".
Aysel / azxeber.com

Şou Biznes     Baxılıb: 1019   Tarix: 16 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq