Zaur Kamaldan Xatirəyə CAVAB: "Efirdə baş verənlər şou idi"

Zaur Kamaldan Xatirəyə CAVAB: "Efirdə baş verənlər şou idi""Axı, Xatirə bu söhbəti niyə bu qədər böyüdür? Efirdə baş verənlər şou idi. Ciddiyə almaq lazım deyil. Olmadı ki... Xatirə niyə belə danışır?"

Bu sözləri BiG.AZ-a "Xəzər" telekanalında nümayiş olunan "5/5" verilişinin aparıcısı Zaur Kamal müğənni Xatirə İslamla arasında yaşanan "sarımsaq qalmaqalı"na münasibət bildirərkən deyib.

Aparıcı əlavə edib ki, verilişində dəvət etdiyi qonaqlarla bu tipli söhbətlər şou-xarakterlidir və heç bir şəxsi qərəz əks etdirmir.

Xatırladaq ki, bir neçə gün öncə Zaur Kamalın adı çəkilən verilişində qonaq olan Xatirə İslam aparıcı tərəfindən kuryoz vəziyyətə düşüb. Belə ki, Z.Kamal X.İslama yaxınlaşarkən, burnunu tutaraq: "Bu nədir, səndən sarımsaq iyi gəlir. Efirə sarımsaq yeyib, gəlmisən" deyib. Xatirə isə cavabında, "Mənim elə bir kompleksim yoxdur" - cavabını verib.

Görünür, Xatirə İslamın məsələ ilə bağlı "ürəyi soyumayıb". O, Zaur Kamalın onu ələ salmasına gec də olsa, sərt reaksiya verib:

"Əslində, həmin verilişdə olanlar hamısı dostlarımızdır. Ona görə də adam hərdən çörək kəsdiyi insanlara ürəkdən cavab verə bilmir. Mən də elə insanam ki, həm dostluq etməyi, həm də düşmənçilik etməyi bacarıram. Özü də yüksək səviyyədə... Bu günə qədər də heç kim mənimlə şit zarafat etməyib. Məni tanıyanlar necə insan olduğumu yaxşı bilir. Yerdə qalan ömrümü o insana həsr edərəm... Zaur da zarafatla bir şou elədi, mən də onu ciddiyə almadım. Çünki, həm dostuq, həm də efir mədəniyyətini gözlədim. Düzü, Zaurdan belə bir hərəkət gözləmirdim. Yəni verilişdə susmağım buna görə olub. Verilişi tərk etməməyimin səbəbkarı isə Abbas Bağırov oldu. Reklam fasiləsində Zaura dedim ki, Abbas burada olmasa idi, verilişdən gedəcəkdim. O da güldü, dedi ki, ay Xatirə, zarafat etməyək?.

Çox da əsəbiləşmədim. Şəxsiyyətimə, mənliyimə nə isə deyilməyib ki? Sarımsaqla bağlı söhbətin dərininə getmək bizə yaraşmaz axı? Nəyin söhbətinə gəlmisən, sarımsağın. Səhnədə, verilişə reytinq gəlsin deyə, bəzən olur ki, ən yaxın adamına da söz atırsan. Bunu da başa düşürəm və keçirəm. Sarımsaq yeyin, cana xeyirdi, mikrobları öldürür. Arada "Özünə hörmət elə" kinosuna bax, ay Zaur".

Xəbərlər     Baxılıb: 2466   Tarix: 17 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

reseptler qadın geyimi qadin sayti süni mayalanma dil haqqinda atalar sozu cagatay ulusoy bilincik resepti kosmetika rus dili hakisdalar seksual novruz hakısdası qurd ve quzu