Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq

Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloqQida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payız-qış mövsümündə zəhərlənməyə səbəb olan əsas qida isə adətən, turşu olur. Hətta bir neçə gün öncə Bakıda müəllimin pomidor turşusundan zəhərlənərək həyatını itirməsiylə bağlı xəbər yayıldı. Qida zəhərlənməsinin özünü büruzə vermə müddəti isə məhsuldan asılı olaraq dəyişir. Belə ki, bu müddət bəzən 1-6 saat, bəzən də 3-5 gün aralığında ola bilir. Bir çox hallarda şəxsin qidadan zəhərləndiyi ehtimal olunarkən ətrafdan ona dərhal qatıq yeməsi tövsiyə olunur. Belə bir fikir var ki, qatıq zəhərlənməni müəyyən dərəcədə önləyir.
Bəs görəsən, qida zəhərlənmələri zamanı ilkin hansı tədbir görülməlidir?
"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov oxu.az-a bildirib ki, turşudan zəhərlənmələrlə bağlı müraciətlər oktyabr ayından başlayıb:
"Sentyabrda bir-iki nəfər zəhərlənmədən müraciət edib. Daha dəqiq desək, sentyabrda beş, oktyabrda yeddi, noyabrda isə səkkiz nəfər botulizmdən əziyyət çəkib. Botulizm ağır qida infeksiyasıdır. Həmin şəxslərdən beşi hazırda reanimasiyadadır, bir nəfər - Şəfəq Əliyeva isə ağır zəhərlənmədən vəfat etdi. Düzü, müraciətin daha çox olacağını gözləyirik".
Həmsöhbətimiz ancaq ağır növ qida zəhərlənmələri ilə gələnləri qəbul etdiklərini diqqətə çatdırıb:
"Bu mövsümdə, əsasən, pomidor, xiyar, az hallarda da kələm kimi qida məhsulları konservləşmiş formada olanda kütləvi formada zəhərlənmə baş verir. Şikayətlər isə başağrısı, başgicəllənməsi, mədə nahiyəsində ağrılar, köp, bədən hərarətinin qalxması, ürəkbulanma, qusma və ikili görmə olur. Bunlar davam edərsə və tədbir görülməzsə, vəziyyət ağırlaşır. Vəziyyət o yerə çatar ki, insan huşunu itirə bilər. Qatıq isə burada heç bir praktiki əhəmiyyət kəsb etmir, biz məsləhət görmürük ki, zəhərlənən adama o verilsin. Əsas birinci tədbir mədənin yuyulmasıdır, ondan sonra peşəkar həkim müayinə etməli və tapşırığını verməlidir. Botulizm əlamətləri varsa, mütləq zərdab vurulmalıdır. Onda həyati təhlükənin haradasa qabağı alınmış olur".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 07 dekabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qis geyimləri 2026 yay kolleksiyasi toy makiyaji sekilleri lasyon hazirlanmasi tanışlıq saytı pehriz imtahan həyəcanı kosmetika nagillar burcler azerb clpaq qadinlari həsən bəy zərdabi ekizler