Zəhərlənib öldürülən 5 yaşlı Luizanın məhkəməsi: "Uşağı öldürmüsən, etiraf elə"

Zəhərlənib öldürülən 5 yaşlı Luizanın məhkəməsi: "Uşağı öldürmüsən, etiraf elə"Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını zəhərləyib öldürməkdə ittiham olunan Qusar rayon sakini Gülnarə Sayfullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xanim.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə şahid qismində kənd sakini Vahid Babayev ifadə verib. V.Babayev ifadəsində G.Saypullayeva ilə qohum olduqlarını, onun 5 yaşlı övladını mütəmadi olaraq döydüyünü göstərib. Tərəflərin suallarını cavablandıran şahid G.Saypullayevanın qızını internata vermək fikrinin olduğunu bildirib.

G.Saypullayeva isə şahidin yalan danışdığını, heç zaman uşağını döymədiyini deyib. Şahid cavabında "Uşağı qəsdlə öldürmüsən, düzünü etiraf elə"deməklə kifayətlənib. G.Seyfullayeva şahidin bu sözlərinə əsəbləşib və bir daha uşağını öldürmədiyini deyib.

Vəkilin suallarını cavablandıran V.Babayev əlavə edib ki, G.Seyfullayevanın anası onu məcbur edib ki, 5 yaşlı Luizanı internat evinə versin.

Növbəti məhkəmə iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Sayfullayeva qızı, 5 yaşlı Luiza Sayfullayevanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Sayfullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, qızcığaz zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.

Xəbərlər     Baxılıb: 1548   Tarix: 25 oktyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

həkim məsləhəti makiyaj instagram hamilelikde qidalanma kombinler 2026 yay qadın sağlamlığı sekis biskvitli tort resepti kosmetika dieta uzeyir dolça qoğalın nağlı hakista