Zəhərlənmə zamanı ağrıkəsicidən istifadə etmək doğrudur? - HƏKİM DANIŞIR

Zəhərlənmə zamanı ağrıkəsicidən istifadə etmək doğrudur? - HƏKİM DANIŞIRSon zamanlar paytaxtda və bölgələrdə qida zəhərlənmələrinin sayı artıb. Hətta bu zəhərlənmələrdən biri ötən günlərdə Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında baş verib. Noyabrın 21-də Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamin qızı yedikləri qidadan zəhərləniblər. Məlumata görə, tələbələr üçün yataqxanaya tibbi yardım maşını çağırılıb. Onlara ilkin tibbi yardım kimi ağrıkəsici tərkibli (Dimedrol, analgin) iynəsi vurulub. Gecəni yataqxanada keçirən tələbələrdən 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamin qızı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Maraqlıdır, qida zəhərlənməsini necə müəyyən etmək olar? Zəhərlənmə zamanı ilkin tibbi yardım olaraq nə etmək lazımdır? Zəhərlənən şəxsə ağrıkəsici istifadə etmək doğrudurmu?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan terapevt Ramil Həsənli bildirib ki, bir qidadan 3-4 nəfər yeyibsə və həmin şəxslərdən ikisində eyni şikayətlər müşahidə edilərsə, bu, zəhərlənmənin ilkin əlaməti ola bilər:
"Eyni zamanda zəhərlənmə ümumi zəiflik, halsızlıq, ürək bulanma, qusma, ishal və bədən hərarətinin qalxması ilə də müşahidə edilir. Zəhərlənmədən şübhələndikdə həkimə müraciət edənə qədər qusmaq və çoxlu maye qəbul etmək lazımdır. Daha sonra xəstə dərhal xəstəxanaya çatdırılmalı və mədəsi yuyulmalıdır. Zəhərlənən xəstəyə sistemlər köçürülməlidir ki, qandakı toksik maddələr yuyulsun".
Həkimin sözlərinə görə, zəhərlənən insana ağrıkəsici iynə vurmaq düzgün deyil:
"Zəhərlənən şəxsə ağrıkəsici istifadə etmək olmaz. Ola bilər ki, ilkin tibbi yardım həkimləri xəstənin hansı səbəbdən hərarətinin yüksəldiyini bilmədən ağrıkəsici vursun. Dimedrol, analgin bəzi virusların iltihabı zamanı şok əleyhinə vurulur. Ancaq zəhərlənmə səbəbindən sözügedən dərmanlardan istifadə etmək olmaz".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1531   Tarix: 25 noyabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq