"Zəng etdilər ki, oğluna güllə dəyib" – Kürdəmirdə dəhşətli qətl – VİDEO
Kürdəmirin Sovla kənd sakini ehtiyatsızlıqdan öz həmyerlisini qətlə yetirib.
Hadisə kənd sakinləri Anar Şirməmməd oğlu Xəlilov və Saleh Məmməd oğlu Tağıyev ovda olarkən baş verib.
Saleh Məmmədovun silahından açılan güllə Anar Xəlilova dəyib.
Şirməmməd Xəlilov – Anarın atası: "Mənə zəng elədilər ki, belə-belə. Güllə dəyib. Arxadan açılıb. Bilmirəm təsadüfən olub, necə olub, nə olubsa, axırı olub".
Hadisə yerinə gedən kənd sakinləri Anar Xəlilovun yaralı vəziyyətdə olduğunu görüblər. Onu ov sahəsindən çıxararaq xəstəxanaya çatdırmağa çalışıblar.
Məhəmməd Tağıyev – kənd sakini: "Uzanmışdı. Götürdük qoyduq maşına. Çıxdıq gəldik".
Daha sonra təcili tibbi yardım stansiyasına daxil olan məlumat əsnasında əraziyə yollanan həkimlər xəstəyə yoldaykən yardım göstəriblər. Lakin yaralı çox qan itirdiyindən həkimlərin səyi nəticə verməyib.
Hadisəni törətməkdə şübhəli bilinən Saleh Tağıyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki,hadisə bu gün saat 11 radələrində rayonun Sovla kəndində baş verib. Kənd sakini Anar Şirməmməd oğlu Xəlilov güllə yarası ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Həmkəndlisi Saleh Məhəmməd oğlu Tağıyevlə ova gedən A. Xəlilov onun ehtiyatsızlıq nəticəsində açdığı atəş nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (arb)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular