"Zob"un simptomları, müalicəsi və profilaktikası

"Zob"un simptomları, müalicəsi və profilaktikasıBoğaz uru (adi insanlar ona "zob" deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.
Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Belə ki, traxeya (nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüsün çətinləşməsi, səsin tutğunluğu, davamlı quru öskürək, qəhər hissi, boğulma tutmaları (xüsusən də bədənin vəziyyətini dəyişəndə) qeyd olunur. Qida borusunun sıxılması udmanın çətinlşməsinə, boyun nahiyəsində damarların sıxılması isə əyilmə zamanı başda gərginlik hissi, başgicəllənməsinə gətirib çıxarır. Bu əlamətlər boğaz urunun bütün növləri üçün eynidir.
Bundan əlavə, boğaz urunun növündən asılı olaraq xəstədə digər simptomlar da meydana çıxır. Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü aşağıdakı əlamətlərlə büruzə verir:
- tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və hətta sətəlcəm;
- arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik;
- iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması);
- gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya (ruh düşkünlüyü);
- dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması;
- iştahasızlıq fonunda çəkinin artması (ödemlər hesabına), xəstənin sifətinin ifadəsiz və şişkin olması;
- uşaqlarda – fiziki və əqli gerilik;
- kişilərdə - cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması.
Hipotireoz – sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.
Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:
- nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;
- qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;
- kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması;
- daima aclıq fonunda çəkinin azalması;
- uzun müddət davam edən hərarət (37,5 – 38 oC dək);
- quru və isti dəri;
- bərəlmiş gözlər;
- əllərin əsməsi.
Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!
Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.
Boğaz urunun diaqnostikası
Müayinənin ilk mərhələsində qalxanvari vəz palpasiya olunur (əl ilə yoxlanılır) və onun böyümə dərəcəsi müəyyən edilir. Diaqnoz USM (ultrasəs müayinəsi) və laborator analizlər vasitəsilə təsdiq olunur. USM vəzin ölçülərini, həcmini və toxumasının quruluşunu dəqiqləşdirir, laborator müayinə isə qanda qalxanvari vəzi və hipofiz hormonlarının (TSH, T3, T4 və s.), eləcə də müvafiq anticismlərin səviyyəsini tədqiq edir. Analiz üçün qan acqarına, səhər saat 10.00 dək alınır. Bundan qabaq 20-30 dəqiqə sakit və rahat vəziyyətdə oturmaq lazımdır.
Qalxanvari vəzdə bir və ya bir neçə düyün aşkar edilərsə, həkim bu düyün toxumasının biopsiyasını (hüceyrələrin tədqiqatını) təyin edir. Bunun üçün nazik iynə ilə düyünün toxumasının kiçik hissəsi alınır və histoloji müayinə edilir (hüceyrələrin müayinəsi). Bu müayinənin məqsədlərindən biri də qalxanvari vəzdə xərçəng hüceyrələrinin erkən aşkar olunmasıdır.
Boğaz urunun müalicəsi
Boğaz urunun müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır. Müalicə taktikası xəstəliyin növü və səbəblərinə əsasən seçilir.
Hipotireoz (qalxanvari vəz hormonlarının çatışmazlığı) ilə müşayiət olunan boğaz uru zamanı xəstəyə həmin hormon tərkibli dərman preparatları (adətən L-tiroksin) təyin edilir. Dərmanın dozası müvafiq laborator analizlərin nəticəsinə görə düzgün seçilərsə, xəstənin vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddətini həkim təyin edir.
Tireoid hormonlarının artıqlığı (hipertireoz) zamanı qalxanvari vəzin fəaliyyətini azaltmaq üçün müvafiq dərman preparatları təyin edilir. Tireotoksikozun müalicəsi üçün müasir preparatlar çox vaxt hətta xəstəliyin ağır formaları zamanı müvəffəqiyyətlə tətbiq olunur. Xəstəliyin bu növünün müalicəsi üçün padioaktiv yoddan da istifadə olunur – məqsəd isə həmin yodun qalxanvari vəzdə toplanaraq tireositlərin (qalxanvari vəzi hüceyrələrinin) bir hissəsinin məhv edilməsi və bununla da tireoid hormonlarının hasilatının azalaraq normal səviyyəyə yaxınlaşmasıdır.
Qalxanvari vəzin böyük ölçülü olması, boğaz urunun bədxassəli şişə çevrilmə təhlükəsi, ətraf orqanların sıxılması, medikmentoz (dərman preparatları ilə) müalicənin mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir. Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3 ml-dən artıq olmayaraq) saxlanılır.
Keçmişdə bu cərrahi müdaxilə zamanı boyunun ön səthində kəsik aparılır və əməliyyatdan sonra qadını heç də gözəlləşdirməyən çapıq qalırdı. Müasir dövrümüzdə isə boğaz urunun xaric edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir – kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur.
Qalxanvari vəzin xaric edilməsi əməliyyatından sonra xəstə ömrünün sonuna dək həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul edir.
Boğaz urunun profilaktikası
Endemik boğaz urunun profilaktikasının əsas istiqaməti qidada yod qıtlığının aradan qaldırılmasıdır. Bu məqsədlə yodlaşdırılmış duzdan istifadə edilməli, yuxarıda göstərilmiş yodla zəngin olan məhsullar rasiona daxil olunmalıdır.
Ölkəmizin bir sıra rayonlarında yod qıtlığını nəzərə alaraq, əksər uşaqlar, yeniyetmələr və hamilə qadınlar əlavə profilaktik tədbir kimi yod preparatlarını qəbul etməlidirlər. Dərman preparatının və onun dozasının düzgün seçilməsi üçün müvafiq həkim mütəxəssisə (endokrinloq, ginekoloq, uşaq həkimi) müraciət edilməlidir.
Profilaktikanın digər istiqaməti isə xəstəliyin erkən aşkar olunmasıdır. İstənilən növ boğaz urunun yuxarıda qeyd edilən risk amillərindən hər hansı Sizdə də mövcuddursa, məsələn, endemik zonada yaşayırsınız və ya nəslinizdə qalxanvari vəzi xəstəlikləri qeyd olunubsa, həkim-endokrinoloqun qəbuluna yazılın və müayinə olunun.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1834   Tarix: 25 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geymler 2026 qadın geyimi kosmetik vasiteler varikosel şirniyyat ve tortlar doslu qizlar hamilələrin qidalanması kosmetika veten haqqinda atalar sozu tanisliq bayatı qizliq perdesi novruz bayramına aid