1 yaşa qədər körpənin qidalanması

1 yaşa qədər körpənin qidalanması1 yaşına qədər körpəmizi ay ay necə bəsləməliyik?

0 - 4 ay Körpə Bəslənməsi:
Körpəniz ağladıqca və acdıqca ana südü verməlisiniz. Ana süddən kəsilərsə və ya qeyri-kafi südü olarsa, ana südünə adaptasiya olan bir əmzik mannası verə bilərsiniz.

4 - 6 ay Körpə Bəslənməsi:
Yumşaq və düyünsüz (topaksız), yarımaye pürelər verin. Ana Südü və ya manna, ana südünü aldığı müddət boyu davam edilməlidir. Ana südü yoxdursa və ya qeyri-kafidirsə 3-4 pay 2 nömrə "davam mannası" verilməlidir. Qaşıq Mannası - əlavə qidalara keçiş mərhələsində başlanğıc olaraq, düyülü bir manna verilməlidir. Bu dövr üçün hazırlanmış sütlü qaşıq mannaları, dənli qaşıq mannaları və qab mannaları istifadə edə bilərsiniz və ya özünüz evdə istifadə etdiyiniz əmzik mannaları ilə pudinq hazırlaya bilərsiniz. Qaşıq mannaları ayran kimi sulu bir şəkildə olmalıdır, hər gün 3-4 çay qaşığı verin və miqdarı hər gün bir az daha artırın.

Bir həftə sonra manna poza konsistensiyasında edilər. Meyvə şirəsi qaşıq mamasından 2 həftə sonra verilə bilər. Mövsümünə görə meyvə seçilər və suyu sıxılaraq hazırlanar. 1-2 çay qaşığından başlanaraq verilər və yavaş - yavaş artırılar. 1-2 həftə sonra püre şəklində verilə bilər. 2 həftə boyu davam edilə bilər.

Tərəvəz şorbası - Meyvə püresindən 2 həftə sonra verilər. Bəzən 5 - 6 aylarda pudinqə başlanar və 1-2 həftə sonra tərəvəz şorbalarına keçilər. Ancaq yaxşı çəki alan körpələrdə pudinqdən əvvəl ümumiyyətlə günorta yeməyində, sulu olaraq 1-2 çay qaşığından başlanaraq yavaş - yavaş artıraraq verilər. Uşağın istəyinə görə hər gün artırılar və 1 həftə sonra püre halına keçilər. Tərəvəz şorbasına daha sonra əlavə olunacaq qidanlar; balqabaq, gül kələmi, göy noxud və yaxşı bişmiş təzə lobya qatamaq olar. Ümumiyyətlə ilkinci yeməyə əlavə qidası olan qatıq, pudinq yerinə də verilə bilər. Pudinq Tərəvəz püresindən 1-2 həftə sonra ümumiyyətlə isə 6-cı aydan etibarən axşam yeməyi (18: 00- 20: 00) olaraq verilər. Qaşıq mannası və ya düyü unu ilə hazırlanmış pudinq də ola bilər.

7 - 8. Ay Körpə Bəslənməsi:
Ana südünü almalı və bu minvalla davam edilməlidir. Ana südü yoxdursa və ya qeyri-kafidirsə ən az 300 ml. "davam mannası" verilməlidir. Meyvə və tərəvəzləri püre halında rahatlıqla verə bilərsiniz. Artıq əlinə - ağızında gəmirici çubuq formasında çiy tərəvəzlər də verə bilərsiniz. Bu dövrdə ət və balıqlara keçilə bilər. Taxıl dənləri, soyulmuş pomidor, suda qaynadılmış quru ərik 7-8-ci aylarda verilə bilən digər uyğun qidalardır. Naharda uşağa meyvə püresi, tərəvəz püresi, pudinq və qatıq kimi qidalar verilə biər. Yumurta - qatı bişmiş yumurta sarısını, uşaq nahara alışdıqdan sonra 8-ci ayda günaşırı 1 çay qaşığı olaraq bəslənmə proqramına əlavə olunar, yavaş - yavaş miqdarı artırılar. Bir həftənin sonunda körpə tam bir yumurta sarısını yeyə bilər.

Dənli şorbalar - mərcimək, kaşa, südlü aş kimi qidalar, təzə tərəvəz şorbalarına öyrədilmiş olan körpələrə 8-ci aydan sonra dəyişik dadları öyrətmək məqsədiylə verilə bilər. Ət və toyuq dəri və yağları ayrılaraq 7-8-ci aylarda püre halına gətirilərək verilə bilər. Balıq 8-ci ayda günorta yeməyində püre şəklində ət yerinə dəyişdirilərək verilə bilər. Küftə 8 –ci ayda günorta yeməyində verilə bilər. Qaraciyər 8-ci ayda günorta yeməyində ət ilə dəyişdirilərək püre şəklində 15 gündə bir dəfə olmaq şərti ilə verilə bilər.

8 - 9. Ay Körpə Bəslənməsi:
Yemək dənələri bir az daha böyük ola bilər. Sürtgəcdən keçirilmiş və ya püre yerinə doğranmış yeməklər hazırlaya bilərsiniz. Öz-özünə yeməyi öyrənməsi üçün əlinə tez-tez əlla yeyilə bilən yeməklər verin. Ət və balıqlar qızartma və ya qaynatma halında verilə bilər. Qızarmış çörək, duzsuz ev yeməkləri, şorba kimi qidanları istifadə edə bilərsiniz. Plov, Makaron və Dolmalar 8-ci aydan sonra qatıq ilə qarışdırılaraq verilə bilər.

10-12. Ay Körpə Bəslənməsi:
Bu aylarda evdə yeyilən hər şeyi körpəniz də yeyə bilər. Bişirərkən yeməklərin duzsuz olmasına diqqət yetirin. Ət, balıq və toyuqları kiçik loxmalara ayıraraq verin.

Ailə və Uşaq     Baxılıb: 3649   Tarix: 14 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

turlar.az

makiyaj instagram toy gecesi həkim məsləhəti hakista mesameler ucun maskalar kəpək süd vəziləri kosmetika oğlan evine aid hakisda paxlava aydin sani qız bürcü xanım az