1 yaşına çatmamış körpələrin qidalanma rejimi

Nəzərinizə çatdıraq ki, əlavə qidalar yalnız körpənin 6-aylığından sonra onun pəhrizinə əlavə oluna bilər. Yeni qidaların əlavə edilməsi prosesi tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində problemlər yaranmasın.

Südlü düyü sıyığı balqabaqla
2 x. qaşığı düyü, 1 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır),1 stəkan su, 1/2 ç.q. şəkər tozu, 1/2 ç. q. kərə yağı, balqabaqın bir dilimi.

Balqabaq yuyulur, xırda tikələrə doğranılır və suda vam odda hazır olana qədər bağlı qabda bişirin. Düyu yuyulur, üzərinə isti süd əlavə olunur və yarıbışmiş vəziyyətə çatdırılır. Sonra düyüyə ələkdən sıxılmış bişmiş balqabaq əlavə olunur və sıyıq hazır olana qədər bağlı qabda bişirilir. Hazır sıyığa kərə yağı əlavə olunur.

Düyü sıyığı
2-3 x. q. düyü, 1 stəkan su, 1/2 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 1/2 ç. q. şəkər tozu, 1/2 ç.q. kərə yağı.

Düyü yuyulur, yumşaq olana qədər bişirilir. Düyü ələkdən sıxılır, isti süd əlavə olunur, qarışdırılır. Sonra sıyığa şəkər tozu əlavə olunur və 2-3 dəqidə ərzində qatılaşana qədər bişirilir. Sonra sıyıq oddan götürülür və ona kərə yağı əlavə olunur.

Manna yarması əriklə
1 x.q. manna yarması, 1 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 1/2 ç.q. şəkər tozu, 2 dənə ərik, 1/2 ç.q. kərə yağı.

Əriklər yuyulur, qadığı soyulur, çəyirdəyi çıxarılır. Alınan kütlə şəkər tozu ilə yaxşı qarışdırılır. Manna yarmasından və süddən qatı sıyıq bişirilir. Hazır sıyığa ərik əlavə olunur, vam odda bir qədər qaynadılır. Sonra sıyıq oddan götürülür və ona kərə yağı əlavə olunur.

Balqabaq və alma püresi
Balqanbağın balaca dılımı, 1 dənə orta alma, 1/2 ç.q. kərə yağı.

Balqabaq və alma yuyulur, təmizlənir və doğranılır. Balqabaq bağlı qabda az miqdarda suda yumşaq olana qədər bişirilir. Sonra alma əlavə olunur və yenə təxminən 10 dəq. ərzində bişirilir. Bişmiş alma və balqabaq ələkdən əzilir, bir qədər su əlavə olunur və vam odda bir neçə dəqiqə ərzində bişirilir. Hazır püreyə kərə yağı əlavə olunur.

Kök və alma püresi
1 dənə orta kök, 1 dənə orta alma, 1/2 ç.q. şəkər tozu, 1/2 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 1/2 ç.q. kərə yağı, 1 ç.q. buğda unu.

Kök yaxşı yuyulur, hazır olana qədər bişirilir, təmizlənir və ələkdən əzilir. Alma yuyulur, təmizlənir, sürtgəcdən keçirilir. Un südlə qarışdırılır və 3 dəq. ərzində qaynadılır. Sonra həmin qaba kök, alma və şəkər tozu əlavə olunur, yaxşı qarışdırılır və vam odda bir neçə dəqiqə ərzində bişirilir. Hazır püreyə kərə yağı əlavə olunur.
qadinlar.biz
1 yaşına çatmamış körpələrin qidalanma rejimi1 yaşına çatmamış körpələrin qidalanma rejimi1 yaşına çatmamış körpələrin qidalanma rejimi1 yaşına çatmamış körpələrin qidalanma rejimi

Ailə və Uşaq     Baxılıb: 4490   Tarix: 29 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

qis geyimləri 2026 gozel gorunmek sac duzumleri burcler kisiler xiyar tursusu ziyafət dəbi ud hindi faydalari kosmetika vətənə aid bayatılar sanama gulmeli hakista sağlamlığa aid atalar sözləri qizliq perdesi