10 yaşında ana oldu

10 yaşında ana olduHadisə 2013-cü ildə İstanbulda baş verib. Axşam saat 21.00-da xəstəxanaya gətirilən H.Ç., təcili doğuma alınıb. Normal doğumla oğlan uşaq dünyaya gətirib. Körpə reanimasiyaya alınıb. Ancaq həkimlər bir qəribəlik hiss edirlər. Ana H.Ç.-nin vəsiqəsində doğum tarixi 05.01.2003 yazılıb. Yəni 10 yaşında bir uşaq doğum etmişdi. Vəziyyət dərhal polisə bildirilib.

Berdellə gəlin gətirilib.
H.Ç. öz razılığı ilə evləndiyini, heç kimdən şikayətçi olmadığını söyləyib. "Mardində atamın ikinci yoldaşından oldum. Ailədə 8-i qız olmaqla 14 nəfər uşaq idik. Heç vaxt doğum şəhadətnaməm olmadı. Məktəbə getməmişəm. Keçən il böyük qardaşım evləndi. Töre tələblərinə görə məni də berdeli etdilər. Berdeli əkiz qohumluq deməkdir. Yəni qardaşım evləndi, məni də gəlinin ailəsinə gəlin köçürdülər. Gəlinimizin qardaşıyla imam nigahıyla evləndik. S. çobanlıq edirdi, 23 yaşında idi. Gəlinlik geydim, toy edildi. Dolanışıq çətinliyindən əvvəl Bursaya getdik. Bir ay əvvəl İstanbula gəldik. Ərim bir fabrikdə iş tapdı. "

"10 yaşlı biri kimi görünürəm?"
"Hamilə olduğumun 5-ci ayda fərqinə vardım. Heç həkimə getmədik. Həqiqi yaşımı bilmirəm, amma anam "18 vardır" deyir. Mən 10 yaşındamı görünürəm? Atam məni doğulduğum vaxt qeydiyyata aldırmayıb. Bu səbəblə oldu. Böyük qardaşım evləndi, atam da məni verdi".

Həyat yoldaşı: "Məni də aldatdılar"
Özünü müdafiə edən ər S.Ç. isə bunları izah etdi: "19 yaşında olduğunu söylədilər. Atası günahkardır. Bu hadisənin cinayət olduğunu bilmirəm. Qəsəbəyə qeydiyyatımızı etdiyimiz zaman vəsiqəsini gördüm. Atasını axtardım. "19 yaşı var, sadəcə olaraq vəsiqəni gec düzəltdirmişik" dedi. Məhkəməyə müraciət edib düzəldilməsini istədim. Amma cərimə yazacaqlar deyə etmədim. Məni həbsxanaya atsalar arvadım və uşağıma kim baxacaq? İlik testi istəyəcəyəm. 19 yaşında kimi görünür. Burada bir günahkar varsa atasıdır. Biz zorla evlənməmişik. "

"Başlıq bizdə haramdır, berdeli etdik"
İki həyat yoldaşından 6-sı oğlan olmaqla 14 uşağı olan və heyvandarlıqla məşğul olaraq dolanışığını təmin edən H.Ç.-nin 44 yaşlı atası Turan Ç. məsələyə münasibətini bildirib.

Yoldaşının özündən xəbərsiz qızı H.Ç.-ni səhv qeydiyyata aldırdığını, gerçək yaşının 10 deyil, 18 olduğunu bildirib. "Uşaqlarımdan bəzilərini qeydiyyata aldırmışıq. İlk yoldaşımdan olan 2 uşağımı da rəsmi nikah etdiyim ikinci yoldaşımın üzərinə yazdırdım. Ancaq ilk yoldaşım mənə hirslənib H.Ç. də daxil olmaqla 4 uşağının qeydini öz üzərinə etmək üçün məndən xəbərsiz müraciət edib. Uşaqların yaşlarını səhv yazdırıblar "dedi.

Ana: "Çaş-baş qaldım"
H.Ç.-nin anası 48 yaşlı Sultan Ç. də qızının yaşının çox olduğunu belə izah etdi: "Həyat yoldaşım əsgərlikdən gələndən sonra bir daha evləndi. Üstümə günü gətirdiyi üçün çox hirsləndim. Uşaqlarım üçün səbr etdim, yoldaşımı da sevirdim. Ancaq rəsmi nikahı günüm olan Sultana qıydı. Çox kədərləndim, günlərlə ağladım. Dünyaya gətirdiyi 2 uşağımı da rəsmi nikahlı həyat yoldaşının üzərinə yazdırdı. Kədərli və əsəbi halımla Derikə getdim və 4 uşağımı öz üzərimə yazdırdım. Yaşlarını səhv söyləmişəm ".

Xəbərlər     Baxılıb: 3924   Tarix: 26 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

turlar.az

adlarin menasi kosmetika mehsullari gozel gorunmek yataqda röya ayxan qripdə nə etməli buga burcu 2026 kosmetika cantalar dieta intim munasibetler pizza kley lekesi