100 yaşına qədər yaşamağın gizli resepti - Xəstəliksiz ömür üçün

100 yaşına qədər yaşamağın gizli resepti - Xəstəliksiz ömür üçünDünyanın "ən uzunömürlü insanlarının" yaşadığı bölgələrdə aparılan elmi araşdırmalar göstərir ki, bitki yönümlü qidalanma, liflə zəngin məhsullar və az kalorili həyat tərzi xroniki xəstəliklərə qarşı güclü sipər yaradır. Biz də bu topluluqların necə qidalandığını və uzunömürlü olmaqlarının sirrini araşdıran mütəxəssis rəylərini təqdim edirik.
Milli.Az xəbər verir ki, Sardinya adasında 100 yaşını keçmiş insanların böyük əksəriyyəti yaddaş problemi və xroniki xəstəliklər yaşamır. Araşdırmalar göstərir ki, onların uzunömürlü olmasının əsas səbəbi ənənəvi qidalanma və balanslı həyat tərzidir.
Buradakı uzunömürlü insanların daha çox bitki yönümlü qidalar yeməsi, keçi və qoyun südündən hazırlanan fermentləşdirilmiş məhsulları mütəmadi qəbul etməsi ürək-damar sağlamlığını gücləndirir, orqanizmdə iltihabı azaldır.
Necə qidalanırlar?
Ət az, fermentləşdirilmiş süd məhsulları orta miqdarda qidalanmada yer alır.
Paxlalılar və tam taxıllar gündəlik rasionun əsas hissəsidir.
Çeşidli, lakin sadə və təbii qidalar daha uzun ömrə təsir edən əsas faktorlardandır.
Süd məhsulları yaşlılarda əzələ kütləsini qoruyan əsas protein qaynağı kimi qiymətləndirilir. Tərəvəz və meyvələrdəki resveratrol və antioksidantlar isə ürək xəstəlikləri və xərçəngdən qoruyucu təsir göstərir.
2021-ci ildə aparılan araşdırma göstərib ki, Sardinyalıların uzunömürlülüyündə bitki yönümlü qidalanma, turş mayalı tam taxıllı çörəklər və ferment olunmuş süd məhsulları əsas rol oynayır.
Bitki yönümlü qidalanmanın üstünlükləri
Uzun illər bitki əsaslı qidalananlarda ölüm riski daha aşağıdır.
Ürək xəstəlikləri, hipertoniya və diabet daha az rast gəlinir.
Tərəvəz, meyvə, quru meyvələr, çərəzlər, tam taxıllar və zeytinyağı ilə zəngin rasion xərçəngə qarşı güclü qoruyucu təsir göstərir.
Kaliforniyada yaşayan "Yeddinci Gün Adventistləri" adlı icmanın uzun və sağlam ömrünün də məhz vegetariyan tip qidalanma və emal olunmuş qidalardan uzaq durmaq ilə əlaqəli olduğu müəyyən edilib.
2006-cı ildə aparılan araşdırmaya görə, Okinava əhalisinin uzun yaşamasının ən mühüm sirri az kalorili, lakin qida dəyəri yüksək olan menyudur.
Onların rasionunda:
Tərəvəzlər
Paxlalılar
Tofu
Şirin kartof
kimi məhsullar üstünlük təşkil edir.
Bu qidalanma tərzi iltihabı və oksidativ stresi azaldaraq xroniki xəstəlik riskini aşağı salır.
Günümüzdə də Okinavada gənclərin Qərb tipli qidalanmaya meyil etməməsi üçün maarifləndirmə davam etdirilir.
Yunanıstanın İkarya adasında aparılan 2021-ci il araşdırması göstərir ki:
Zeytunyağı
Təzə tərəvəz və meyvə
Tam taxıllar
Paxlalılar
Balıq
bu xalqın uzun ömür sürməsində mühüm rol oynayır.
Keçi əti və süd məhsulları da mütəmadi (həftədə 1-2 dəfə) istifadə edilir. İkaryalılarda hipertoniya çox rast gəlinməsinə baxmayaraq, sağlam qidalanma və aktiv həyat sayəsində nəzarətdə saxlanır.
2021-ci ildə Kosta-Rikada aparılan araşdırmada göstərilib ki, düyü və lobya yeyən yaşlılarda telomer uzunluğu qısalmır. Telomerlərin uzun qalması isə bioloji yaşlanmanı ləngidir.
Omega-3, tam taxıl və balanslı heyvani proteinlərlə zəngin qidalanma telomer qısalmasını azaldaraq xroniki xəstəliklərə qarşı güclü qoruma təmin edə bilər.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 30 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

hamilelikde qidalanma gelinlikler makiyaj etmek qaydalari seksual hereketler qiymenin hazirlanmasi yuxusuzluq öpüşmək kosmetika baldıza aid hakışta pizza damla cantalar tapmaca