"1100 manat ver..." - İçkili yol polisinin özbaşınalıqları - FOTOLAR+VİDEO

"Onlar həmin pulu özləri üçün istəyirlər və maşını aparan zaman heç bir protokol tərtib etməyiblər"

Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər sakini Ramil Həziyevə məxsus maşını qanunsuz olaraq cərimələyiblər.

BiG.AZ xəbər verir ki, bu barədə bakipost.az-a R.Həziyev özü məlumat verib. Bildirib ki, polislər onun maşınını heç bir protokol tərtib etmədən dayanacaqdan aparıblar: "2016-ci ilin dekabrın 24-də yaxın dostumun mənə müvəqqəti idarə etmək üçün verdiyi "Niva" markalı avtomobili işlədiyim dükanın yanında olan dayanacağa qoyub işimlə məşğul idim. Bu zaman Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Şəmşir Kərimov dükana daxil olaraq məndən maşının açarlarını verməyimi tələb etdi. Mən açarları niyə istədiyini soruşduqda Şəmşir Kərimov maşına baxış keçirmək istədiyini bildirdi. Ona mənimlə birgə maşına baxış keçirməli olduğunu söylədim. Amma o mənə təhqiramiz ifadə işlədərək zorla açarı əlimdən aldı. Daha sonra Şəmşir Kərimov Masallı rayon İcra Hakimiyyətinin qarşısındakı dayanacaqda olan maşını sürüb getdi. İşimi bitirdikdən sonra Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə getdim. Şəmşir Kərimovun özü də orda idi. Mən ondan avtomobili hansı səbəbdən cərimə meydançasına aparmasını soruşduqda, o mənə kobud şəkildə "əcəb etmişəm, istədiyimi etmək hüququna malikəm" deyə cavab verdi".

Ramil Həziyev qeyd edib ki, bölmənin digər əməkdaşı Məmməd Həşimov ondan 1100 manat rüşvət istəyib: "Maşının hansı səbəbdən bölməyə gətirilməsini öyrənmək üçün bölmənin əməkdaşı Məmməd Həşimovun otağına daxil oldum. Amma həmin vaxt Məmməd Həşimov içkili vəziyyətdə idi. Hətta xidmət otağında spirt iyi kəskin dərəcədə hiss olunmaqda idi. Mən ona maşınımın cərimə meydançasına gətirilməsi barədə protokol tərtib olunmasını, həmin protokolla tanış olmaq hüququmun olduğunu bildirdim. Məmməd Həşimov əgər lazım olarsa protokol tərtib olunacağını dedi və hətta məndən şəxsən özü 1100 manat pul istədi. Həmin vaxt Şəmşir Kərimov da onun otağında idi. Mən əvvəl bunun cərimə olduğunu zənn etdim və ondan hansı hesaba ödəməli olduğumu soruşduqda isə Məmməd Həşimov mənə "elə bil sən Azərbaycanda yaşamırsan" dedi. Mən anladım ki, onlar həmin pulu özləri üçün istəyirlər və bu səbəbdən Şəmşir Kərimov maşını aparan zaman heç bir protokol tərtib etməyib. Məmməd Həşimov maşının üzərində olan nömrənin qanunsuz olduğunu söylədi. Maşının mənim olmadığını və müvəqqəti istifadə etmək üçün verildiyini dedim. Amma yenə də o, bunun ona aid olmadığını bildirməklə 1100 manat tələb etdi. Onlara istədikləri pulu vermək imkanımın olmadığını dedikdə Şəmşir Kərimov "get tap, burda durub nə başımızı xarab edirsən" deyə cavab verdi".

Zərərçəkənin bildirdiyinə görə, M. Həşimov istədiyi rüşvəti verməsi üçün ona dəfələrlə xəbər göndərib:"Məmməd Həşimov müxtəlif vaxtlarda mənə xəbərlər göndərərək, pulu tələb etməyə başladı. Daha sonra mənə 2017 ci ilin yanvarın 6-da tərtib edilmiş protokol göndərildi. Halbuki maşın 2016-ci ilin dekabrın 24-də cərimə meydançasına aparılıb. Özü də, protokol guya, maşına əlavə avadanlıqlar quraşdırıldığı üçün tərtib olunub. Mən ailəmi də fərdi əməklə qazandığım pulla saxlayıram. Mən 1100 manat pulu haradan tapım ki, Məmməd Həşimov və Şəmşir Kərimova rüşvət verərək maşını cərimə meydançasından çıxartdırım. Axı belə biabırçılıq olmaz. Hər iki şəxs öz keflərində və açıq şəkildə soyğunçuluqla məşğul olurlar. Şəmşir Kərimovun özü bütün maşınları saxlayaraq, onlardan rüşvət alıb maşını buraxır(Bununla bağlı şikayətçinin təqdim etdiyi videonu təqdim yazının sonunda təqdim edirik – red.).

Şəxs haqqını tələb etdikdə isə avtomobili cərimə meydançasına aparır. Bu cür qanunsuzluq və biabırçılıq Masallı şəhərində tüğyan edir".

Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin inspektoru Şəmşir Kərimov isə bakipost.az-a açıqlamasında Ramil Həziyevin dedikləri ilə razılaşmadığını vurğulayıb:"Həmin şəxs başqasına məxsus nömrəni "Niva" markalı maşına vurub. Həmin maşın da radara düşüb. Maşınına vurduğu nömrənin sahibi isə Lerikdəndir. Maşın da radara düşdüyü üçün cərimə Lerik sakininə göndərilib. O da nömrəsi ilə hansısa maşının Masallıda sürülməsinə görə Masallı Şəhər Polis Bölməsinə şikayət edib. Hazırda həmin şikayət bizdə var. Bu səbəbdən maşın cərimə meydançasındadır. 150 manat məbləğində də cərimə yazılıb. Həmin nömrənin əlavə başqa cərimələri də var". Şəmşir Kərimov bildirib ki, Ramil Həziyevin idarə etdiyi Niva bank maşınıdır: "Etibarnaməsiz maşındır. Həmçinin maşının üstünə başqa avtomobilə məxsus başqa nömrəni vurub. Ona görə maşın hərəkətdən kənarlaşdırılaraq cərimə yazılıb. Onlar barəsində protokolda yazılıb. Hazırda o məsələ Lerikdə araşdırılır".

Qeyd edək ki, Ramil Həziyev Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının bu qanunsuz əməlləri ilə bağlı prezident İlham Əliyevə də ərizə ilə müraciət edib.

mənbə: avtosfer.az

"1100 manat ver..." - İçkili yol polisinin özbaşınalıqları - FOTOLAR+VİDEO"1100 manat ver..." - İçkili yol polisinin özbaşınalıqları - FOTOLAR+VİDEO"1100 manat ver..." - İçkili yol polisinin özbaşınalıqları - FOTOLAR+VİDEO

Xəbərlər     Baxılıb: 1972   Tarix: 24 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

turlar.az

kosmetik vasiteler toy makiyajlari maskalar hamilə qadın qara qaragatin faydalari diş ağrısı cizgi filmləri kosmetika gözellik banan saglam qidalanma vətən baldiza aid