13 yaşında alim olan, 10 dil bilən, öldürülən diplomatın SİRLƏRLƏ DOLU HƏYATI - FOTO

13 yaşında alim olan, 10 dil bilən, öldürülən diplomatın SİRLƏRLƏ DOLU HƏYATI - FOTORusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd zəminində həyatını itirməsindən əvvəl Prezident Vladimir Putin Moskvada Malıy Teatrda (Rusiya Federasiyası Dövlət Akademik Malıy Teatr) səhnəyə qoyulan bir tamaşanı izləməyə gedirmiş. Təsadüfmü, ya deyil, tamaşanın müəllifi rus dramaturqu və siyasətçisi, XIX əsrin əvvəlində Rusiyanın İrandakı səfiri olan və hücum nəticəsində öldürülən Aleksandr Qriboyedovdur.

Öldürülən ilk səfir - Aleksandr Qriboyedov kim olub?

Qadinsayti.az publika.az-a istinadən bildirir ki, onu dövrünün ən təhsilli adamı adlandırırdılar. 10-a yaxın dil bilən, siyasətin ən yüksək pillələrinə kimi ucalmağı bacaran Qriboyedov, habelə bəstəkar, komediya müəllifi kimi də böyük şöhrət qazanıb.

Uşaqlıq illəri

15 (4) yanvar 1790-cı ildə (bəzi mənbələrdə 1795) ildə Moskva şəhərində zabit ailəsində doğulub. Bu insanın bioqrafiyası sirlərlə doludur. Hətta onun doğum tarixi belə dəqiq bilinmir. Gələcək yazıçının atası az təhsilli insan idi. Uşaqların tərbiyəsi ilə məşhur pianoçu və nəcib qadınlarından sayılan anası məşğul olurdu. Qriboyedov məhz anasının sayəsində yaxşı təhsilə yiyələnir.

Təhsil

Qriboyedovun mürəbbiləri Petrozilis və Boqdan İvanoviç İon kimi savadlı və tanınmış insanlar idi. Odur ki, gələcək dramaturq artıq uşaq yaşlarından bir neçə dil öyrənmişdi. 1802-ci ildə Moskva Universitetinə daxil olur. Onun sonrakı təhsilinə professor Bule nəzarət edir. Yaxşı oxuduğuna görə bir neçə dəfə mükafatlandırılır, hətta 13 yaşında filologiya elmləri namizədi olur.
Tələbəlik illərində ədəbiyyatla maraqlanan gənc ilk hekayələrini də elə o vaxtlar yazmağa başlayır. Ancaq onun haqqında ən maraqlı faktlar yetkinlik dövrünə təsadüf edir.

Hərbi xidmət

Yaxşı təhsilli insanın hərbi karyera seçməsi çox qəribə bir hal idi. Belə ki, 1812-ci ildə baş verən müharibə Qriboyedovanın həyatını dəyişir. O, qraf Saltıkovanın alayına daxil olur. Aleksandra Serqeyeviç hərbi əməliyyatlarda iştirak edə bilməyib, istefaya çıxır.

Paytaxtdakı həyatı

1817-ci ildə xarici işlər üzrə Sankt-Peterburq Dövlət kollecinə işə düzəlir. Ədəbiyyata və teatra marağı onu bir çox tanınmış insanla yaxınlaşdırır. O, Kyühelbeker və Puşkinlə tanış olur. Mason lojasına daxil olur, Pestel, Çaadayev və Benkendorfla isti münasibətlər qurur. Sovet cəmiyyətinin intriqa dolu şayiələri həyatının bu dönəmini qaraldır. Maddi vəziyyəti pisləşən yazıçı vəzifədən istefa verməyə məcbur qalır.

Qafqazda

1818-ci ildə Aleksandr Serqeyeviç Qriboyedov İranda rus səfirliyində katib vəzifəsində çalışmağa başlayır.

İşinə məsuliyyətli yanaşdığı üçün dillər öyrənir və Şərqin mədəniyyətini araşdırır. 1819-cu ildə Rusiya missiyasının bir hissəsi kimi Qriboyedov Təbrizdə xidmət davam etdirir. İranda apardığı uğurlu danışıqlar nəticəsində rus əsgərlərini azad edir və buna görə mükafatlandırılır.

1826-cı ilin sentyabr ayında Tiflisdə xidmətə qayıdan diplomat "Türkmənçay" müqaviləsinin bağlanmasında iştirak edərək onun mətnini hazırlayıb, Peterburqa göndərir. Eyni zamanda Qriboyedov 7 sentyabr 1828-ci ildə 500 erməni ailəsinin Dərələyizə köçürülməsini təklif edir və buna nail olur.

Qayıdışı

1823-cü ildə Qriboyedov Moskvaya gələrək illər komediya yazmağa başlayır. Əsərini çap etdirmək üçün Peterburqa gəlir. Ancaq çox məyus olur. Belə ki, əsəri tam çap etdirə və teatr səhnəsində qoya bilmir. Baxmayaraq ki, oxucular əsərə heyran qalmışdı. Amma bu Aleksandra Serqeyeviçe kifayət deyildi.

Dekabristlərlə əlaqə

Kədərini unutmaq üçün Qriboyedov Kiyevə yollanır. Dostları (Trubetski və Bestujev) ilə görüş onu dekabristlər arasına daxil edir. Üsyanda iştirak etdiyi üçün tutulur və yarımil dəmir barmaqlılar arasında qalır.

Son illəri

Dekabritslərin dağıdılması, dostlarının tələf olması Qriboyedovun həyatına pis təsir edir. O tez-tez öləcəyini hiss edir və bu haqda danışırdı.
1826-cı ildə Türkiyə ilə Rusiyanın münasibətləri korlandığı üçün təcrübəli diplomata ehtiyac olur. Bu vəzifəni böyük yazıçıya həvalə edirlər.
Təyin olunmuş yerə gedən zaman Tiflisdə knyaz qızı Nina Çavçavadze ilə evlənir. Qeyd edək ki, o, şair və ictimai xadim, tanınmış Aleksandr Çavçavadzenin qızıdır.
Amma xoşbəxtlikləri uzun sürmür. Tehrana gəlib çatandan bir müddət sonra Rusiya səfirliyinə hücum olur. 30 yanvar (11 fevral) 1829-cu ildə yazıçı öldürülür. Bu hadisənin Rusiya-İran münasibətlərinin korlanmasını istəyən ingilislər tərəfindən törədildiyi fərz edilirdi.
Şamima (1938) və Mahmudun (1950) işlərində bu fikir təsdiqlənərək, rus səfiri Qriboyedovun İngilis müstəmləkə siyasətinin qurbanı olduğu deyilir.
Bu hadisələrdən sonra İran və Rusiyanın münasibətləri korlandığı üçün İran şahı Fətəli şah Qacar oğlunu elçi göndərərək I Nikolaya 88,7 karatlıq brilyant hədiyyə edir. "Şah" Almaz adlandırılan həmin brilyant hazırda Moskvanın Almaz fondunda saxlanılır.
Qriboyedovun qısa bioqrafiyası onun bütün həyatının tam rəsmini vermir. Qısa ömründə "Student", "Cavan evli cütlüklər", "Yalançı vəfasızlıq" kimi əsərləri yazıb. Lakin ən məşhuru "Ağıldan bəla" əsəridir. Bu əsər indiyə kimi Rusiya teatrlarında səhnələşdirilir.

Xəbərlər     Baxılıb: 2114   Tarix: 22 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

turlar.az

sade makiyaj sekilleri qaşların formalari kosmetoloq süd vəziləri geyim seçimi göyəmin faydası kisiler yataqda kosmetika seksual aydin sani kurtlar vadisi birlik haqqinda novruz bayramına aid hakıştalar