14 gün şəkəri həyatınızdan çıxarın - Möcüzəvi dəyişikliklər olacaq

14 gün şəkəri həyatınızdan çıxarın - Möcüzəvi dəyişikliklər olacaqAxşam yeməyindən sonra şirniyyat yemək iştahlı olsa da, bunun orqanizminizə təsirini heç düşünmüsünüz? Cəmi iki həftə şəkəri rasionunuzdan çıxarmaq sağlamlığınıza əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər verə bilər. Şəkərdən imtina etmək enerji səviyyəsini artırmaqdan tutmuş dəri sağlamlığını yaxşılaşdırmağa qədər bədəninizdə gözlənilməz dəyişikliklər yaradacaq.
Milli.Az-ın məlumatına görə qastroenteroloq Dr. Saurabh Sethi bildirir ki, şəkəri kəsmək orqanizmdə mühüm dəyişikliklərə səbəb ola bilər. O, sosial media paylaşımında "Bir qastroenteroloq və hepatoloq kimi pasiyentlərimin rasionlarından şəkəri çıxardıqdan sonra ciddi dəyişikliklər yaşadığını müşahidə etmişəm. Cəmi 14 gün ərzində qaraciyər və bağırsaq sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşır,"- deyə qeyd edib.
Mütəxəssisə görə iki həftə ərzində şəkəri kəsmək üzünüzün daha təbii formasına qayıtmasına səbəb olacaq. "Sadəcə iki həftə ərzində şəkəri kəssəniz, üzünüzün əvvəlkindən daha təbii formasına döndüyünü görəcəksiniz," deyə həkim bildirir.
Bundan əlavə, göz ətrafındakı şişkinlik və maye yığılması da azalacaq. "Göz altındakı şişkinlik nəzərəçarpacaq dərəcədə azalacaq,"- deyə o əlavə edir.
Əgər çəki atmaq istəyirsinizsə şəkəri kəsmək möcüzəvi nəticələr verə bilər. Bir çox insan üçün arıqlamaq mümkün olsa da, inadkar qarın piylərindən qurtulmaq çətin olur. Lakin mütəxəssis hesab edir ki, şəkəri kəsmək bunun üçün ən düzgün üsuldur. "Qaraciyərinizdəki yağ azaldıqca qarın bölgəsində də incəlmə müşahidə olunacaq. Bundan əlavə, şəkəri kəsmək sağlam bağırsaq mikroflorasının bərpasına kömək edərək həzm sisteminizi gücləndirir,"- deyə Dr. Sethi vurğulayır.
Şəkəri 14 gün ərzində həyatınızdan çıxarmaq sızanaq və qızartılarla mübarizə aparanlar üçün də faydalı ola bilər. Çünki şəkəri azaltmaq dərinin təmizlənməsinə və daha sağlam görünməsinə kömək edir. "Əgər sızanaq və ya qızartılarınız varsa, dəriniz daha sağlam və parlaq görünməlidir," deyə o qeyd edir.
Həddindən artıq şəkər qəbulu ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, iltihablanma və zəif ürək sağlamlığı ilə əlaqələndirilir. Amerika Ürək Assosiasiyasına görə, şəkər istehlakına sərt məhdudiyyət qoyulmalıdır: qadınlar üçün gündə 25 qram, kişilər üçün isə 36 qramdan çox olmamalıdır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1329   Tarix: 06 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

toy gecesi hamilelikde qidalanma gozel gorunmek şəkillər baş gicəllənməsi yagli saclar ucun meslehetler hamilelik kosmetika opusme arıqla veten seirleri vetene aid bayati sac modelleri