16 nəfərlik maşına 28 nəfər necə yerləşib? - Ekspertdən şok açıqlama

16 nəfərlik maşına 28 nəfər necə yerləşib? - Ekspertdən şok açıqlamaBu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın səbəbləri, bu hadisədə kimlərin günahkar olması müzakirə mövzusuna çevrilib. Əsas müzakirə olunan məqam isə maksimum 16 nəfər üçün nəzərdə tutulmuş "Ford Transit" markalı mikroavtobusda 28 sərnişinin olmasıdır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub. Hər kəs "necə olur ki, 16 nəfərlik avtobusdan 5 ölü, 20 yaralı çıxır" deyə suallar səsləndirir.

Xanim.az-in xəbərində bildirilir ki, BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.

O, Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə bağlı şok detallar açıqlayıb. Ekspertin sözlərinə görə, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin aparan nəqliyyat vasitələrinin əksəriyyəti yük maşınlarıdır: "Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi ediblər. Hətta elələri var ki, həyasızcasına həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsini cibində gəzdirir. O şəhadətnamədə yük avtomobili yazılıb, amma sərnişin daşıyırlar. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13, 15 nəfərlik buraxır. Amma düzürlər oturacaqları və 18, 20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilmiş olmalıdır. Belə olan halda qəzanın nəticələri minimuma enir. Amma yoxdur bu. Olmadığı üçün də belə faciələr yaranır..."

Ərşad Hüseynovun sözlərinə görə, bu özbaşınalıq illərdir davam edir: "Bu , faciədir, özbaşınalıqdır. Bu, illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Hətta nəinki göz yumulmur, əksinə buna şərait də yaradılır. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. 20 Yanvar metrostansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir.

Nəqliyyat Nazirliyi vaxtilə buna nəzarət etməli idi. Çünki bu tipli daşımalara görə məsul olan qurum Nəqliyyat Nazirliyidir. Daha sonra buna polis nəzarət etməlidir. Təkcə DYP yox, polisin bütün xidmətləri.

20 Yanvar ətrafına Bakı-Sumqayıt yolunda "meymunluq" edənlər hətta özlərinə qanunsuz avtovağzal da yaradıblar. Oradan da işləyirlər. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Yığışdırılması üçün müraciət etmişəm. Mətbuatda işıqlandırmışam. Onlarda nəinki sürücülük, heç insanlıq əlamətləri yoxdur. Kamikadze kimi aparırlar özlərini. Nəticəsi də göz qabağındadır".

Xəbərlər     Baxılıb: 1901   Tarix: 09 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

turlar.az

hamiləlik qadin dunyasi qaşların formalari murebbelerin hazirlanmasi necə hamilə qalmaq olar toy paltarlari 2026 cennet almasi murebbe kosmetika kokelmek yutube novruz bayramına aid qaynana qadin.az