16 oktyabr Ümumdünya Anesteziya Günüdür

16 oktyabr Ümumdünya Anesteziya GünüdürHər il oktyabrın 16-da bir çox ölkələrdə Ümumdünya Anesteziya Günü kimi qeyd olunur. Bu gün ənənəvi olaraq anestezioloq-reanimatoloqlar və təbabətin həmin sahəsinin bütün mütəxəssisləri tərəfindən peşə bayramı kimi qəbul edilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, təbabətin bu sahəsinin tarixi 19-cu əsrin ortalarından başlayıb. Belə ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton efir anesteziyası altında əməliyyat keçirib. O, anesteziyaedici olaraq dietil efir inhalyasiyasından istifadə edərək uğurlu əməliyyat aparıb. Buna görə də həmin tarix Ümumdünya Anesteziya Günü kimi qeyd olunur.
Anesteziya sinir həssaslığının itirilməsidir. Süni anesteziya cərrahi əməliyyatlar zamanı, diş müalicəsində, zədələnmələrdə və s., eləcə də təbabətin digər sahələrində ağrıları aradan qaldırmaq üçün istifadə olunur.
Təbii ki, ağrıkəsicilər dünyada qədim zamanlardan mövcuddur. Məsələn, bir çox hindu tayfaları həssaslığı azaltmaq üçün müxtəlif bitkilərin şirəsindən istifadə edirdilər. "Anesteziya" terminini ilk dəfə qədim yunan həkimi və filosofu Dioskorid istifadə edib. O, eramızdan əvvəl I əsrdə imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparıb.
Cəmiyyətin inkişafı ilə yanaşı, tibb sahəsində, o cümlədən anesteziologiya sahəsində biliklər təkmilləşdi. Bu, son nəticədə onun ayrı bir tibb sahəsinə çevrilməsinə səbəb oldu. Hazırda anesteziologiya tək cərrahiyyəni deyil, həm də psixiatriya, narkologiya və digər sahələri müşayiət edir. Bundan əlavə, müasir tibb ümumi, yerli və onurğa anesteziyasını fərqləndirir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1048   Tarix: 16 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim necə seçməli hamiləlik reseptler agardici maskalar resepti uz maskalari 2026 hicab geyimləri geyim qaydaları kosmetika usaq geyimleri muellim seiri tapmaca qadin.az dolça