2-3 dəqiqədə dərdlərə şəfa olan - KEÇİBUYNUZU

2-3 dəqiqədə dərdlərə şəfa olan - KEÇİBUYNUZUKeçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.
Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat - 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə edilən kəhraba əmələ gəlir.
Keçibuynuzu orqanizmdə ağciyər xərçənginin qarşısını alan ən önəmli faktorlardan olan OGG1 (8-Oxo Guanine DNA Glycosylase) fermentinin aktivliyini və sintezini artıraraq həmin xəstəliyə tutulma riskini azaldır. Həmin fermentin ağciyər xərçəngindən qorumaqla yanaşı həm də DNT-də baş verən zədələnmələri bərpa etmək xüsusiyyəti var. Siqaretçəkmə bu fermentin aktivliyinin azalmasında əsas səbəblərdəndir.
Keçibuynuzu meyvələri bağırsaqlarda patogen mikroorqanizmlərin miqdarını azaldaraq normal bağırsaq florasına daxil olan laktobakteriyaların koloniyalarının inkişafına şərait yaradır, orqanizmdən ağır metal duzlarının və radioaktiv maddələrin xaric olmasını asanlaşdırır, pektin maddələr hüceyrə membranının - xüsusilə bağırsağın selikli qişa hüceyrələrinin yenidən qurulmasını təmin edir.
Bundan başqa güclü antioksidant təsir göstərir, sərbəst radikalların orqanizmdən xaric olunmasını sürətləndirir, iltihab mediatorları olan sitokinlərin və histaminin sintezini ləngidərək iltihab əleyhinə və antiallergik təsir göstərir. Bu səbəbdən ondan astma və bronxit zamanı tənəffüs yollarını genişləndirmək üçün istifadə olunur.
Keçibuynuzu qanda zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, yüksək molekullu xolesterinin səviyyəsini isə artırır. Maraqlıdır ki, tam yetişmiş meyvələri qəbizliyin qarşısını aldığı və bağırsaqlar vasitəsilə toksinlərin xaric olmasını asanlaşdığı halda, keçibuynuzunun kal meyvələri büzücü təsirli tanin maddəsi hesabına ishalın qarşısını alır. Toxumların üyüdülməsindən əldə edilən unun tərkibində qlüten olmadığından seliakiya xəstəliyindən əziyyət çəkənlər ondan rahatlıqla istifadə edə bilərlər.
Keçibuynuzu kişi cinsi hüceyrəsinin hərəkətliyini və fermentativ aktivliyini yüksəldərək yumurta hüceyrə membranını əridib içəri keçməsini və mayalandırma qabiliyyətini artırır. Çiy keçibuynuzu meyvələrinin tərkibində prostat vəzin xoşxassəli böyüməsinə - adenomaya səbəb olan alfa-5-reduktaza fermentinin aktivliyini azaldan palmitin və stearin turşuları mövcuddur.
Tərkibində kofein, feniletilamin, oksalatlar və xolesterin kimi maddələr olmadığından keçibuynuzu meyvələrindən hazırlanan məhsulları ürək damar sisteminin, podaqra, oksalaturiya, miqren, böyrək daşı kimi xəstəlikləri olanlar rahatlıqla istifadə edə bilərlər. Allergiyaya meyilli uşaqlara keçibuynuzu meyvələrindən hazırlanmış şokolad verilə bilər.
Keçibuynuzu meyvəsinin toxumlarının üyüdülməsindən əldə edilən unun tərkibindəki polisaxarid-qalaktoman öz kütləsindən 17 dəfə artıq maye saxlayaraq həcmini artırmaq xüsusiyyətinə malikdir və buna görə qida sənayesində E410 - qida əlavəsi kimi istifadə edilir.
Keçibuynuzu həzm olunmamış qidaları, oksidləşmiş xolesterini, şlak və toksinləri özünə hopduraraq bağırsaqlardan dəyişikliyə uğramamış şəkildə xaric edir. Mədəyə düşdükdən sonra həcmini artırdığından, həm də aclıq hissi yaradan qrelin peptidinin miqdarını azaltdığından toxluq hissi yaradır. Bu xüsusiyyətinə əsasən artıq çəkidən əziyyət çəkənlərin menyusuna daxil edilir.
Keçibuynuzu meyvələrinin tərkibində bol miqdarda fruktoza, qlükoza, saxaroza kimi karbohidratların olmasına baxmayaraq çiy halda yeyildiyində və dəmləməsi istifadə edildikdə qan şəkərini yüksəlməməsi tərkibindəki qan şəkərini tənzimləyən maddələrlə əlaqədardır. Keçibuynuzu bəkməzi hazırlananda uzun müddət qaynadıldığından həmin maddələr parçalanır və bəkməzin qəbulu zamanı qan şəkərini yüksəltdiyinə görə istifadə edən zaman diqqətli olmaq lazımdır.
Reseptlər
Ağciyər ödəminə qarşı
Qaynayan yarım litr suya 6-7 ədəd xırda doğranmış keçibuynuzu meyvəsi əlavə edilir, ağzı bağlı şəkildə 5 dəqiqə vam ocaqda qaynadılır, ocaqdan götürərək 15 dəqidə dəmlənir və içərisindən meyvələr çıxarılır. Dəmləmə 3 yerə bölünür, səhər, günorta və axşam acqarına qəbul edilir.
Sperma sayını, hərəkətliyini və mayalandırma qabiliyyətini artırmaq üçün
Qaynayan 500 ml suya xırdalanarq 6-7 ədəd keçibuynuzu meyvələri əlavə edilir, 3 dəqiqə vam ocaqda qaynadılır. Ocaqdan götürərək 20 dəqiqə dəmlənir, süzülür. Alınan dəmləmə iki yerə bölünərək səhər və axşam acqarına qəbul edilir. Prosedur 1 həftə gündə 2 dəfə , sonrakı 3 ay aparılır və onu yalnız axşamlar qəbul etmək lazımdır.
Öskürək və təngnəfəslik zamanı
1 çay qaşığı üyüdülmüş keçibuynuzu meyvələri və ya eyni miqdarda keçibuynuzu bəkməzi 1 stəkan isti südlə qarışdırılır, gündə iki dəfə qəbul edilir.
Dəmləmə hazırlanarkən 6-8 dəqiqədən çox qaynadılmamalıdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 957   Tarix: 07 sentyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

yaz geyimleri 2026 qadin dunyasi donlar 2026 toyluq donlar 2026 hicab baglamaq elza seyidcahan arıqlamaq qaydaları kosmetika novruz bayramı efsaneler öpüşme baldiza aid əfsanələr