"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Əməkdar artist Gülüstan Əliyeva və müğənni Eldəniz Məmmədov "Xəzər axşamı" verilişində qonaq olublar.
Sənətçilər proqram zamanı onlara ünvanlanan "2 milyon manatınız olsaydı, nə edərdiniz?" sualını cavablandırıblar.
Eldəniz Məmmədov bildirib ki, pulun yarısını Qarabağın bərpasına sərf edərdi:
"İki milyon manatım olsaydı, 1 milyon manatını Qarabağımızın bərpasına xərcləyərdim. Bina tikdirərdim, yaddaşlarda qalan bir iş görərdim. Maşallah olsun, dövlətimiz tərəfindən böyük quruculuq işləri gedir. Amma mən də öz adımdan bir hədiyyə edərdim. Qalan 1 milyon manatla da yaşayardım. Toya getməzdim, iş görərdim, sənətimə xərcləyərdim".
Gülüstan Əliyeva isə Qarabağda məktəb və park saldırmaq istədiyini deyib:
"Mən də Qarabağda bir məktəb tikdirərdim, "Gülüstan" parkı salardım. Dədə-baba kəndimizə asfalt çəkdirərdim. Geridə qalan pula isə mahnılar yazdırardım, dünya səviyyəsində konsertlər verərdim. İmkan olduqca daha çox ideyalar gəlir".
/Axşam.az / azxeber.com









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır