20 yaşlı gənclərin bilməli olduğu 20 şey

20 yaşlı gənclərin bilməli olduğu 20 şeyAmerikalı yazıçı, biznesmen Julyen Smit gənclərə qarşılarındakı 5 ildə uğur qazanmaları üçün praktik məsləhətlər verib. Bunlar aşağıdakılardır:

1. Dünyaya axmaqlar lazımdır. Axmaq adamlardan pul qopartmaq və onları idarə etmək daha asandır. Təhsilinizə mümkün olduğundan daha çox diqqət yetirin. Zəngin, azad və xoşbəxt olmaq üçün gözü açıq olun.

2. Təhsil ocaqlarına kor-koranə inanmayın. Onlar dərs planlarını hazırlayana kimi sistem köhnəlir, hətta "əldən düşür". Ona görə də oxuya-oxuya çalışmaq yaxşıdır, Çünki iş liderlik qabiliyyətini inkişaf etdirir, üstəlik, hörmət qazanırsan.

3. Bacardığınız qədər çox oxuyun. Tez oxuma texnikasını mənimsəyin. Heç olmasa bir həftəyə bir kitab oxuyun.

4. Hamı ilə əlaqə saxlamağa vaxt tapın. Ünsiyyət mütəxəssisi olun. İnsanlarda yaxşı və sizə xoş gələn bir cəhət tapmağa çalışın.

5. Təvazökarlığa vaxt itirməyin. Təvazökarlıq qərar qəbul etmə prosesində hisləriniz üzərində hakim rolu oynayır. Bu da sizə sərf etmir.

6. Əgər kiminləsə münasibətdə nəsə sizi qane etmirsə, sözləşmək yerinə münasibətinizə fasilə verin.

7. Özünüzdən böyüklərlə daha çox ünsiyyətdə olmağa çalışın. Onların biliklərini, təcrübəsini qiymətləndirin. Çünki yaşıdlarınızı təcrübəsi kifayət qədər deyil.

8. Daha "cool" adamlarla vaxtınızı keçirin. "Cool" – yəni daha maraqlı, fərqli, istedadlı insanlar nəzərdə tutulur. Onların arasında daha yaxşı olmağa cəhd edin, yeniliklərə can atın.

9. Vaxt ötdükcə daha mühafizəkar olacaqsınız. Bu faktdır. Ətrafınızdakı hər kəs bir müddətdən sonra sizi istər-istəməz mühafizəkarlıq "şarına" salacaq. Ona görə də ən "çılğın" arzularınızı elə İNDİ gerçəkləşdirin. Sonra onları həyata keçirməyə utanacaqsınız.

10. Xərclənizi maksimum azaldın. Yuxarıda dediyim o "çılğın" arzularınız üçün pul yığın.

11. Bacardıqca səyahət edin. Təzə şkaf əvəzinə Parisə bilet alın. Həyatdan şkafla deyil, səyahətlə zövq ala bilərsiniz.

12. Pul problemini həll edin. Nəsə almaq istəyirsinizsə, internet mağazalara baxın, yeni əvəzinə bir qədər işlənmişin və ucuzunu tapın.

13. Dizayn verməyi öyrənin. Bu, həm məntiqinizi, həm yaddaşınızı, həm də təsəvvürünüzü inkişaf etdirəcək.

14. Gənc yaşlarınızdan kökəlməyin. Sizin hormonlarınız əvvəllərdə köməyinizə çatacaq, bu imkanı əldə verməyin. Sonra arıqlamaq üçün idman salonlarına pul tökəcəksiniz.

15. Yemək bişirməyi öyrənin. Əgər xərclərinizə diqqət yetirsəniz, daha çox yeməyə pul xərclədiyinizin fərqinə vararsınız. Ondansa evdə yemək bişirməyi öyrənin, bir dəfə pis alınsa, ikinci dəfə mütləq yaxşı alınacaq.

16. Yuxuya qarşı diqqətli olun. Yaxşı yuxu və yaxşı yemək sizi artıq çəkidən xilas edəcək. "Onsuz da öləndə çox yatacağıq", yaxud "Yatmaqdansa, iş görüm" deyirsinizsə, yanılırsınız. Yuxusuz işin effekti olmaz.

17. Qeyd dəftəri tutun. Yaddaşınıza çox da güvənməyin. İşi "deyəsən eləməli idim" həddinə çatdırmayın. Görəcəyiniz işləri dəftərə qeyd edin.

18. Qarşınıza məqsəd qoyun və sizə ediləcək köməkdən imtina etməyin. Əgər məqsədinizi müəyyən etməməsinizsə, həmin anı tezləşdirin.

19. Bir sahə üzrə mütəxəssis olun. 5 ili bir sahənin ətrafında fırlanaraq keçirməkdənsə, elə birbaşa həmin işlə məşğul olun.

20. İnsanları düzəltməyə çalışmayın. Ondansa hələ "pozulmamış" insanlar tapın.

Xəbərlər     Baxılıb: 1845   Tarix: 23 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

reseptler geyim və ayaqqabılar yemek reseptleri ata ve qiz ekzema xəstəliyi uc baci dolmasi atalar sözləri elm haqqinda kosmetika novruz hakista rus dilini oyrenek 2ci ders video baldiza aid novruz bayramına aid bakışta