25 yaşadək hər kəs bu testdən keçməlidir - Cinsi əlaqə ilə keçən dəhşətli xəstəlik
İngiltərədə yerləşən İmperial Kollecin mütəxəssisləri cinsi yolla keçən klamidiya xəstəliyinə qarşı peyvənd hazırlayıblar.
Publika.az xəbər verir ki, peyvəndin insanlar üzərindəki ilk sınağı uğurla başa çatıb.
Yenliyin 5 il ərzində bazara çıxarılması planlaşdırılır.
Sınağın nəticələri "Lancet Infectious Diseases" dərgisində yayımlanıb.
Bununla yanaşı, cinsi xəstəliklər üzrə elm adamları klamidiya xəstəliyindən qorunmağın ən effektiv üsulunun prezervativ olduğunu bildirir.
Qeyd edək ki, klamidya qorunmasız cinsi əlaqə yolu ilə yayılan bakterial infeksiya xəstəliyidir. Bu bakteriya sperma və ya vagina suyunda yaşayır. Xəstəliyə yoluxan insanlarda heç bir simptom olmadığı üçün infeksiya "səssiz xəstəlik" adlandırılır. Xəstəlik antibiotiklə müalicə olunmasa, ciddi komplikasiyalara səbəb ola bilir və sonsuzluq yaradır.
25 yaşdan aşağı hər insanın klamidya testindən keçmələri məsləhətdir. Bu testlər evdə də həyata keçirilə bilər. /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?