"3 ay efirə çıxan qızın 10 sponsoru var" - Nisə Qasımova
Xalq artisti Nisə Qasımova açıqlaması ilə müzakirələrə səbəb olub.
Open.az xəbər verir ki, müğənni "Bakı vaxtı ilə" proqramında qonaq olarkən illər əvvəl yaşadıqlarından söz açıb. O bildirib ki, sənətdə onun yolunu çox kəsiblər:
"Səhnəyə ilk gələndə Bakı bir-birinə dəydi: sarışın qız muğam, təsnif oxuyur. Psixoloji çaxnaşma var idi. Biri dedi, anası ukrayınlıdır, biri dedi almandır. Göylərdə uçan vaxt məni məhv etdilər. O qədər vurdular ki, məni... Utanıram ki, bu yaşda uşaq kimiyəm. Böyümədim... (kövrəlir) Dekabrda dedim ki, mən də küçəyə çıxmaq, insan içində gəzmək istəyirəm. "Tarqovu" deyilən yerdə ürəklə gəzdim".
Qasımova hazırda iş adamlarının gənc ifaçılara daha çox sponsorluq etməyə can atdıqlarını söyləyib:
"Hər şeyi gizlətməkdən bezdim. Bir məmurla söhbət edirsən ki, verəcəyin konsertin sponsoru olsun, amma başlayır bəhanələr gətirir. Ancaq 3-4 ay efirə çıxan müğənni konsert verir və ona nə qədər sponsor gəlir. Bir gün efirdə anons gedir 10 sponsoru çıxır. ya bunların prodüserləri güclüdür, ya da onlar məndən ağıllıdırlar. Mənim kimi təxrübəli müğənnilər kənarda qalıb. Konsertin texniki tərəflərini həll etmək üçün ən azından sponsora ehtiyacım var".
Verilişin aparıcısı, müğənni Roza Zərgərlinin "47 ildə Nisə Qasımova səhnədə xoşbəxt idi" sualına müğənni belə cavab verib:
"Heç bir insana xoşbəxtlik doğulandan sona kimi verilmir. Xoşbəxt anlar və məqamlar olur. Verdiyim konsertlərin heç birindən evə xoşbəxt qayıtmamışam. Çoxlu güllər, hədiyələrlə qayıtmışam. İçimdə xalqdan qalan bir yalan oldu. Biri var insan özü yalançıdır, biri var onu vadar edirlər: xoşbəxtəm, Azərbaycan qızıyam. Bu Azərbaycan qızının içində qara qanlar axır. Ona toxunsan, heç bilmirəm, nələr ola bilər. Aldanmışam...". (Axşam.az)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür