"30 ildə ilk dəfə Oqtayı ağlayan gördüm"
"Çox sevincliyəm, yeni bir statusa qədəm qoymuşam. Düşünürəm ki, balamıza layiqli nənə olacam. Qəribə sevinc hissi mənə məsuliyyət gətirib. Keçirdiyim hissləri sözlərə sığdıra bilmirəm. Tanrıdan diləyim, bütün valideynlərin bu, xoş ovqatı yaşamasıdır".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "7 Canlı" proqramında deyib. Bir neçə gün əvvəl nənə olan aktrisa nəvəsindən söz açıb. O bildirib ki, həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev baba olduğunu eşidəndə ağlayıb:
"Aytən nə qədər balaca idi çəkilişlərə qatılırdı. Hamı deyirdi, gün gəlsin toyu olsun. Düşünürdüm ki, eh, hələ onun gəlin olmasına nə qədər var. İndi toy oldu, Aytən gəlinlikdə, quruyub baxıram ki, həmin gün gəldi? Bu dəfə isə uşaq qucağımda baxıram ki, bu mənim nəvəmdir?
Oqtayla 30 ildir evliyik. Bu illər ərzində bir dəfə də olsun Oqtayın gözünün yaşardığını görməmişəm. Ona zəng edəndə ki, gözün aydın, baba oldun, səsi titrədi. Oqtayın ilk dəfə ağlamağını onda gördüm".(axşam.az)









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür