35 yaşdan yuxarı qadınlar mütləq belə qidalanmalıdır!

35 yaşdan yuxarı qadınlar mütləq belə qidalanmalıdır!Müəyyən yaş dövründən sonra qida rejimində dəyişikliklər etmək vacibdir. Çünki yaş artdıqca bədənin ehtiyacları da artır. Məşhur, türkiyəli diyetoloq Nilay Keçəci 35 yaşı keçmiş qadınların mütləq yeməli olduqları faydalı qidaların adlarını açıqlayıb. AzadQadin.az həmin qidaları təqdim edir:

Brokkoli

Xüsusən, dəri sağlamlığı üçün vacib olan brokkoli antioksidant xüsusiyyəti ilə dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir.
Yaşlanmanın qarşısını alır.
Dəriyə elastiklik bəxş edir. Dəri xərçəngi və sızanaqlara qarşı təsirlidir. Brokkoli, həmçinin, mədə və bağırsaq sisteminin yaxşı işləməsinə kömək edir.

Kök

A vitamini baxımından zəngin olan kök sinir sistemini və gözləri qoruyur. Dəri gözəlliyi üçün də effektlidir. Dəriyə parlaqlıq və nəm qazandırır.
Kök həm də qəbizliyin qarşısını alır.
Ürəyin dostu olan bu tərəvəz iltihablara qarşı da təsirlidir.

Kivi

Kivi "xoşbəxtlik hormonu" adlandırılan seratoninin daha çox ifraz edilməsinə səbəb olur.
Üstəlik, dərini gözəlləşdirir və qidalandırır.
Xolesterini və təzyiqi aşağı salmağa kömək edir.
C vitamini baxımından zəngin olan bu meyvə hüceyrələrin daha sürətli şəkildə yenilənməsini təmin edir.

Az yağlı süd və portağal suyu

Qadınlar mütləq orqanizmin gündəlik D vitamini ehtiyacını ödəməlidir. Çünki D vitamini kalsiumun bağırsaqlarda əmilməsini sürətləndirir. Orqanizmdə D vitamini çatışmadıqda, kalsium orqanizmdə çətin həll olunur və bu da sümüklərin zəifləməsinə səbəb olur. Həmçinin, osteoporoz, şəkər xəstəliyi, döş, bağırsaq və yumurtalıq xərçəngi riski artır.
Odur ki, hər gün süd və portağal suyu içərək kalsium və D vitamini ehtiyacınızı ödəyə bilərsiniz.

Giləmeyvələr

Çiyələk, böyürtkən, zoğal kimi meyvələr, eynilə qırmızı şərab kimi xərçəngdən qoruyucu xüsusiyyətə malikdirlər. Bu qidalar "antokyan" adlanan maddə ehtiva edirlər.
Antokyan döş, mədə və bağırsaq xərçəngi riskini azaldan ən güclü antioksidantdır.
Eyni zamanda C vitamini baxımından da zəngin olan bu meyvələr dərinin yaşlılığa qarşı qorunmasına da yaxşı təsir edirlər.

Lobya

Qadınlar həftədə ən az üç-dörd dəfə lobya yeməlidirlər. Lobya protein və lif mənbəyidir. İnfarkt və döş xərçəngi riskini azaldır. Həmçinin, qadınlıq hormonlarının tənzimlənməsinə kömək edir.

Pomidor

35 yaşdan sonra qadınlar mütləq pomidor, qarpız kimi likopen anbarı olan qidaları həftədə 3-4 dəfə yeməlidirlər. Güclü bir antioksidant olan likopen qadınlarda döş xərçəngi riskini azaldır.

Az yağlı qatıq

Həftənin 5 günü qatıq yeyən qadınların döş xərçənginə yaxalanmaq ehtimalları yarıbayarı azalır.
Mütəxəssislər qatığın tərkibində olan faydalı bakteriyaların insan sağlamlığı üçün çox önəmli olduğunu vurğulayırlar.
Qatıq bağırsaqların fəaliyyətinə yaxşı təsir edir və həzmi asanlaşdırır.
Həmçinin vagina infeksiyalarına qarşı qadının orqanizmini gücləndirir.

Yağlı balıqlar

Yağlı balıq növlərini həftədə 3 dəfə süfrəyə gətirmək lazımdır. Balığın tərkibindəki Omeqa-3 yağ turşuları insan sağlamlığı üçün möcüzəvi təsirlərə malikdir. Yağlı balıqlar hüceyrələri gücləndirir, ürək xəstəliklərinə, depressiyaya yaxalanma riskini azaldır./publika.az/

Maraqlı     Baxılıb: 8145   Tarix: 02 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadın geyimi kabab reseptləri xina yaxdi sozleri nergiz pasayeva müsabiqələr kosmetika rus dilini oyrenek 2ci ders rus dili uzeyir balıq efsaneler