40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTOYüksək zəkaları ilə adlarını tarixə yazmış insanlar çoxdur. Bunlara misal kimi Albert Eynşteyn, İsaak Nyuton və Mark Zukerberq kimi şəxslərin adlarını çəkmək olar.
Dünya tarixində iz qoymuş bir çox alim, tarixçi və ixtiraçıda IQ səviyyəsi 150-dən çoxdur.
IQ İntellekt əmsalı (ingiliscə intelligence quotient -IQ "ay-kyü") insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi sayılır.
Albert Eynşteynin IQ-si 160, İsaak Nyutonun 190, Mark Zukerberqin isə 152-dir. Bu insanlar dahi kimi tanınırlar. Onların hər biri uğurları ilə tarix yaradıb. Ancaq bir zamanlar bu dünyada 250 ilə 300 arasında IQ-si olan bir insan da yaşayıb.
40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTOUilyam Ceyms Sidis ən ağıllı insan, uşaq dahisi və fövqəladə bir riyaziyyatçı idi. Eyni zamanda çoxlu dil bilir, bacarıqlı bir yazıçı idi. Ancaq təəssüf ki, bir çoxları onun adını eşitməyib.
Uilyam Ceyms Sidis kim idi?
Milli.Az musavat.com-a istinadən bildirir ki, bir zamanlar yaşayan ən ağıllı insanın faciəli hekayəsini təqdim edir.
Uilyam Ceyms Sidis 1 aprel 1898-ci ildə Nyu Yorkda anadan olub. ABŞ-dan Rusiyaya köçən bir yəhudi ailənin uşağı idi. Atası Boris Harvarddan 4 dərəcə qazanan nümunəvi psixoloq, anası isə həkim idi.
Uilyamın parlaq zəkaya sahib olacağı gözlənilirdi, çünki valideynləri də çox ağıllı idi. Ancaq zəkası gözləniləndən daha çox oldu.
40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTOUilyam 8 aylıq olanda əlifbanı öyrənməyə başlayıb. 18 aylıq Uilyam artıq "The New York Times" qəzetini oxuya bilirdi.Balaca dahi 8 yaşına qədər Latın, Yunan, Fransız, Rus, Alman, İvrit, Türk və Erməni dillərini öyrəndi.
Bu 8 dilə əlavə olaraq, öz dilini də icad etdi və bu dilə "Vendergood" adını verdi.
Ailəsi onun dahi olduğunu bilirdi. Buna görə, atası onu Harvardda oxutmağa çalışdı. Ancaq bu tələb rədd edildi, çünki o zaman Uilyam 9 yaşında idi.
40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTOUilyam iki il sonra, 11 yaşında Harvard instutuna qəbul edildi. Uilyam 1909-cu ildə Harvarda qəbul edilən ən gənc insan kimi də tarixə düşüb.
1910-cu ilə qədər riyaziyyat biliyi zirvəyə qalxdı və professorlar kimi tədrisə başladı. Uiyamın uğurları dildən dilə yayıldı və "möhtəşəm oğlan" adı qazandı. O, 16 yaşında bakalavr təhsilini başa vurdu.
Gənc yaşlarında üstün zəkası və istedadları ilə mətbuatın diqqət mərkəzində olan Uilyam özünü "New York Times" qəzetinin manşetlərində gördü. Ancaq gənc yaşda gələn bu şöhrət onun üçün bir yandan da yorucu idi.
40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTOUilyam uşaqlıqdan öyrənməkdən ləzzət alsa da, yetkinlik yaşına çatdığı zaman düşüncəsi dəyişdi və atasını bu şöhrətdə günahlandırdı. Atası 1923-cü ildə vəfat edəndə Uilyam onun dəfnində iştirak etməkdən imtina etdi.
40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTOUilyamın atası, Boris
Şöhrətdən yorulan Uilyam adi bir həyat sürmək istədi və ofis işlərinə başladı. Ancaq bu müddət ərzində də xalq tərəfindən sevilməyə, axtarılmağa davam etdi və yenidən iş yerlərini dəyişmək məcburiyyətində qaldı. Jurnalistlər onun 1924-cü ildə həftədə 23 dollarlıq bir  işdə işlədiyini aşkar etdilər. Jurnalistlər bunu da qəzetlərə manşet etdi. Üilyam fərqli təxəllüslərdən istifadə edərək bir çox dəyərli kitablar da  yazıb.
Həyatında dönüş nöqtəsi isə həbsxanaya məhkum edildiyi zaman olub. Sosialist olan Uilyam 1919-cu il 1 may nümayişləri zamanı hökumət tərəfindən həbs edildi və 18 ay həbs cəzasına məhkum olundu.
Ancaq ailəsi onun həbsxanaya düşməsini qəbul edə bilmədi və əvəzinə 2 il sanatoriyada qalmasını tələb etdilər. Sidis həm iştirak etdiyi nümayişlərə görə, həm də ateist olduğu üçün xalqın sevgisini itirməyə başladı. Yüksəlməsi ilə medianın diqqət mərkəzinə çevrilən Sidis, enişi ilə də yenidən medianın diqqət mərkəzində oldu.
40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTOSidis ömrünün son illərini elmdən uzaq keçirdi. Pul qazanmaq üçün kiçik işlər gördü və 17 iyul 1944-cü ildə 46 yaşında beyin qanamasından vəfat etdi.
Ömrünün son illərində öyrəndiyi dillərin sayı 40-a çatmışdı. 250 -300 arasında IQ-sü olduğu deyilən, dünyanı dəyişdirə biləcək qədər ağıllı olan bu adam təəssüf ki, gənc yaşda vəfat edib.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 3601   Tarix: 23 avqust 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

turlar.az

kosmetik vasiteler hamiləlik qaşların formalari seksual qadinlar marqarita pizza qara tutun faydalari hicab bağlamaq kosmetika vətən həsrəti cinsi tərəzi bürcü arxadan olmaq atalar sozu