5 yaşlı qızını itirən ata fəryad edir: "Qızım həkim səhlənkarlığının qurbanı oldu" - FOTO

5 yaşlı qızını itirən ata fəryad edir: "Qızım həkim səhlənkarlığının qurbanı oldu" - FOTOAzərbaycanda daha bir körpə xəstəxanada dünyasını dəyişib.
Milli.Az bildirir ki, bu barədə Bakı sakini, 1990-cı il təvəllüdlü Ceyhun Məmmədov baku.ws-ə şikayətində bildirib.
O bildirib ki, qızı, 2014-cü il 20 sentyabr təvəllüdlü Füruzə Məmmədova yanvarın 13-də günorta saatlarında A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında dünyasını dəyişib.
Ceyhun bildirib ki, qızını ağır vəziyyətdə gecə saatlarında xəstəxanaya aparıblar. Xəstəxanaya daxil olarkən uşağın vəziyyəti ağır olub. Xəstəxananın Könül adlı növbətçi həkimi valideynlərə bildirib ki, Füruzənin halı olduqca pisdir. Ailə hər şeyə hazır olmalıdır.
C.Məmmədov deyir ki, qızı həkim səhlənkarlığının qurbanı olub.
O bildirib ki, qızını Tibb Universitetinin Klinikası və "New med" tibb klinikasında çalışan Nəzakət adlı həkim müalicə edib.
Ata iddia edir ki, həkimin düzgün aparmadığı müalicə xəstədə əks göstərişə səbəb olub.
"Nəzakət xanım Füruzənin 2 aylığından həkimi olub. Biz getdik yanına, dedi ki, uşaqda heç nə yoxdur. Yanvarın 7-də onu "New med" tibb klinikasına apardıq.
Uşağı müayinə etdi, sonra bizi göndərdi Tibb Universitetinin Klinikasına. Uşağa günorta növbəsində sistem vuruldu. Əslində isə ona sistem vurulmamalıydı.
Uşağım həkimin səhlənkarlığdan öldü. Ona dedik ki, rentgenə salaq, dedi ehtiyac yoxdur.
Dedi ki, qrip belə davam edir. Uşağı ölümcül vəziyyətdə xəstəxanaya aparmışıq. A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında uşağın vəziyyətini ağır qiymətləndirdilər.
Lakin Nəzakət xanım deyirdi ki, qrip virusudur, düzələcək", - deyə Ceyhun Məmmədov bildirib.
Qeyd edək ki, Füruzə Məmmədov xəstəxanaya aparılarkən oksigen 75-dən yuxarı qalxmırmış. Həkimlərin səyinə baxmayaraq, uşağın vəziyyətini düzəldə bilməyiblər.
Səhlənkarlıqda ittiham olunan Nəzakət xanımla əlaqə saxladıq. Həkim baku.ws-ə bildirdi ki, uşaqların ölümündə valideynlərinin də səhlənkarlığı az deyil.
"Onların ağrı-acısı böyük olduğu üçün danışqlarını bilmirlər. Burada valideyn məsuliyyətsizliyi də rol oynayır. Bundan artıq nəsə demək istəmirəm".
Məsələ ilə əlaqədar Füruzənin dünyasını dəyişən xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Azər Xudiyev bildirdi ki, uşaq xəstəxanaya gətirilərkən halı çox pis olub.
"20 sentyabr 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci il tarixində saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına gətirilib.
Ona plevropnevmoniya, ikincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Xəstəyə reanimasiyada intensiv terapiya aparılıb.
Ağciyərlər süni ventilyasiya aparatına qoşulub.
Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, 13:35-də xəstə dünyasını dəyişib", - Azər Xudiyev bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1916   Tarix: 15 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler toy gecesi salatların hazırlanması doslu qizlar hakistalar hicab 2026 kosmetika novruza aid hakisda vidyolar hakıştalar eqreb sevda