6 yaşadək uşaqların qidalanması ilə bağlı VACİB MƏLUMATLAR

6 yaşadək uşaqların qidalanması ilə bağlı VACİB MƏLUMATLAR1- 3 yaş arası və 3 - 6 yaş arası uşaqların qidalanması gündəlik qida maddələrinin miqdarına, rasionun qidalar tutumuna görə fərqlənir. Məktəbəqədər müəssisələrdə uşaqlara təqdim edilən qidalar həm də cəlb edildiyi texniki emala görə fərqlənirlər. Məsələn, 3 yaşa qədər uşaqlara qızardılmış balıq əvəzinə parda bişmiş balıq kotletlərinin verilməsi məqsədəuyğundur.
Trend Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına istinadən xəbər verir ki, 9-10 saat məktəbəqədər müəssisələrdə olan uşaqlar üçün 3 dəfə qidalanma təmin edilir. Bu da ümumi sutkalıq rasionun 75-80%-ni təşkil edir. Bu halda səhər yeməyi sutkalıq kalorinin 25%-ni, nahar 35-40%-ni, qəlyənaltı isə 15-20%-ni təşkil etməlidir. Məktəbəqədər müəssisələrdə 12 saat olan uşaqlar isə 4 dəfə qida ilə təmin edilməlidir ki, bu zaman naharla şam yeməyi arasındakı qidalanma sutkalıq kalorinin 10-12%-ni, şam yeməyi isə 20-25%-ni təşkil etməlidir.
Qidada enerji dəyərinin artırılmasının bir neçə üsulları var. Qidaya yağ və ya şəkərin əlavə olunması enerji dəyərini artırır. Lakin yağ (38 kC) şəkərlə (17 kC) müqayisədə daha böyük enerji dəyərinə malikdir.
Son araşdırmalara əsasən, qidada yağın miqdarı elə istifadə olunmalıdır ki, bu, ümumi kalorinin 30-40%-ni təşkil etsin. Uşaqların fiziki inkişaf dövründə enerji çatışmazlığı zamanı zülallar da enerji mənbəyi ola bilər. Zülallar xüsusilə südəmər və erkən yaşlı uşaqlar üçün olduqca vacibdir.
Belə ki boy artımı üçün aminturşular tələb olunur ki, bunlardan yeni hüceyrələr formalaşır (xüsusilə daxili orqan və əzələ hüceyrələri). Bütün aminturşular insan orqanizmini zülalların sintezi üçün vacib olan azotla təmin edir, lakin bəzi əvəz olunmayan aminturşular orqanizm tərəfindən sintez edilə bilmədiyi üçün qida vasitəsi ilə qəbul edilməlidir. Əks təqdirdə orqanizm öz zülallarından istifadə etməklə onları istehsal etməyə məcbur olacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1456   Tarix: 24 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetoloq gozel gorunmek qaşların formalari faydalı məsləhətlər 1 hefteye 5 kq ariqlamaq vətən haqqında bayatılar veten haqqinda bayati kosmetika vətən novruz hakıştası kahfe falı bir arzum var