7 gün kərəviz şirəsi içdikdə orqanizmdə görün nələr baş verir

7 gün kərəviz şirəsi içdikdə orqanizmdə görün nələr baş verirPəhrizdə mühüm yeri olan kərəviz şirəsinin tərkibindəki 4 fitonutrient sağlamlıq üçün çox faydalıdır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, məşhur doktor Erik Berq kərəviz şirəsinin faydalarından danışıb.
O, 4 təbii kimyəvi fitonutrientin bədənimizə necə təsir etdiyini izah edib.
Ən güclü təbii dərmanlardan biri hesab edilən kərəviz şirəsini 7 gün ərzində fasilə vermədən içmək tövsiyə edilir. Bu zaman orqanizmdə müəyyən dəyişiklikləri müşahidə etmək mümkün olur.
Erik Berq bildirir ki, qan axınını tənzimləməyə kömək edən kərəviz şirəsi tərkibindəki 3-n-butilftalid komponenti sayəsində insult nəticəsində yaranan zərərin bərpasında təsirlidir:
"Beyin xəstəlikləri riskini azaldır. Bundan əlavə, bədəndə laxtalanmanın qarşısını alır.
Mikrosirkulyasiyaya təsir edən bu komponentin faydalarını kərəviz şirəsindən istifadə etməklə əldə edə bilərsiniz. O, həmçinin antioksidant, antiinflamatuar xüsusiyyətlərə malikdir".
Doktor qeyd edir ki, bədəndə ödem olduğu zaman da 7 gün ərzində kərəviz şirəsi istehlak etmək lazımdır.
"Kərəviz şirəsi əzələləri rahatlaşdırır. Tərkibindəki apigenin ən çox araşdırılmış antioksidant təsirli komponentlərdən biridir. Cəfəri, soğan, portağal, kəklikotu və reyhanda da olur. Əzələ rahatlaşdırıcı xüsusiyyətlərə malik olan apigenin təzyiqi aşağı salaraq yuxu problemlərinə yaxşı təsir edir. Yuxu keyfiyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə, kərəviz şirəsi içməyi sınayın", - deyə E.Berq vurğulayıb.
O, kərəviz şirəsini yaddaş itkisi olan insanlara da tövsiyə edib.
Araşdırmalara görə, kərəviz şirəsinin hormonlara müəyyən təsirləri olduğu bildirilir. Dr. E.Berq də onun reproduktiv hormonlara xüsusi təsiri olan tərəvəz hesab edir. Kərəviz şirəsi hamilə qalmaq istəyən qadınlar üçün bir nömrəli içki hesab edilə bilər.
"Tərkibində olan kumarin turşusu mədədəki artıq turşuları zərərsizləşdirərək tez rahatlama təmin edə bilər. Mədə ağrıları, qaz, şişkinlik və həzmsizlikdən əziyyət çəkirsinizsə, bu xora əleyhinə təsirdən faydalana bilərsiniz", - deyə doktor bildirib.
Onun sözlərinə görə, qan şəkərini tarazlaşdırmağa kömək edən kərəviz şirəsi artrit kimi revmatik xəstəliklərə qarşı da təsirlidir. Xüsusilə iltihab əleyhinə təsiri ilə oynaq ağrılarının qarşısını ala bilir.
Berq vuğulayıb ki, kərəviz şirəsi səhərlər acqarına istehlak edilməlidir. Təzə, orqanik kərəviz seçmək və şirənin tərkibinə biraz limon əlavə etmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 862   Tarix: 29 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Məşq zamanı nə qədər su içmək lazımdır?

İdman zamanı su qəbulu hər kəs üçün eyni olmamalı, orqanizmin ehtiyacına görə müəyyən edilməlidir. xəbər verir ki, endokrinoloq-diyetoloq Anton Polyakov bildirib ki, məsələn, velotrenajorda təxminən 15 dəqiqə məşq zaman

.

Bakıda 10 manata satılır: Xəstəlik mənbəyidir - açıqlama

Marketlərdə 10-15 manata "Tefal" adı ilə satılan tavalar alıcıların diqqətini cəlb edir və geniş maraq doğurur. Qiymətin bu qədər ucuz olması isə məhsulun keyfiyyəti və sağlamlığa mümkün təsiri ilə bağlı sualla

.

İftarda bu məqamlara diqqət edin

Ramazanda uzunmüddətli aclıqdan sonra iftar zamanı düzgün qidalanma sağlamlıq üçün vacibdir. Həkimlər tələsik və ağır yeməklərin həzm problemləri və halsızlıq yarada biləcəyini bildirirlər. xəbər verir ki, orucu qazlı v

.

Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə

Yediyimiz qidalar və içdiyimiz içkilər yalnız fiziki sağlamlığa deyil, həm də beynin fəaliyyətinə və yaddaşa ciddi təsir göstərir. xəbər verir ki, harvard mütəxəssisi Dr. Terri Şintani bildirib ki, bəzi vitamin və antioksidantlarl

.

İmsaka durmayanların səhhətində bu risklər yaranır

Ramazan ayında sağlam və düzgün hesab etdiyimiz bir çox şey əslində sağlamlığımız üçün riskdir. Belə riskli vəziyyətlərdən biri də sübh tezdən yemək yemədən (imsak) oruc tutmaqdır. xəbər verir ki, Ramazanın gəlişi ilə qidalanm

.

Ən yaxşı dieta: Qarınınız "ƏRİYƏCƏK"

Heyvan məhsullarının azaldılması və daha çox bitki mənşəli qidalar visseral yağdan qurtulmağa kömək edə bilər. Hamımızın bədənimizdə müəyyən miqdarda visseral yağ var. Gördüyünüz dərialtı yağdan fərqli olaraq, visserial ya

.

Qışda çəki atmaq istəyənlərə 5 məsləhət

Bədən isinmək üçün daha çox enerji (kalori) tələb edir, bu da iştahın artmasına səbəb olur. Günəş işığının azalması yağ depolanmasını tətikləyir. Xoşbəxtlik hormonunun düşməsi bizi "duyğusal aclığa" və karbohidratlar

.

Ən riskli qırmızı ət növü açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatı və qida mühəndisləri qırmızı ət istehlakında sağlamlıq risklərini artıran əsas amilləri diqqətə çatdırıblar. Araşdırmalar göstərir ki, risk ətin növündən çox, onun emalı, saxlanması və bişirilm

.

Arteriyaları təmizləyən toxum: Necə içək?

Kətan toxumu arteriyalardan xolesterol lövhəsinin təmizlənməsinə kömək edir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu məhsulu arteriyalardakı yağ komponentlərindən, xolesteroldan və kalsiumdan ibarət çöküntüləri təmizləmə

turlar.az

qadin dunyasi gözəllik məhsulları geymler 2026 boğaz ağrısı üz maskaları makiyaj kisi ve qadin intim munasibetleri kosmetika suni mayalanma usaq geyimleri bayati bir arzum var gözəllik