7 yaşdan kiçik uşaqları bu içkilərdən uzaq tutun - Valideynlərə xəbərdarlıq

7 yaşdan kiçik uşaqları bu içkilərdən uzaq tutun - Valideynlərə xəbərdarlıqYay aylarında temperaturun yüksəlməsi ilə soyuq və dondurulmuş içkilərə maraq artıb. Lakin Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) xüsusilə tərkibində qliserol olan ətirli buzlu içkilərin 7 yaşdan kiçik uşaqlar üçün təhlükəli ola biləcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, FSA-nın xəbərdarlığında qeyd edilir ki, belə içkilər kiçik yaşlı uşaqlarda ürəkbulanma, baş ağrısı, hipoqlikemiya (qan şəkərinin kəskin enməsi), şok və huş itkisi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
"The Mirror" qəzetinin yaydığı məlumata görə, valideynlər məhsulun tərkibində qliserin olub-olmadığını almadan öncə mütləq yoxlamalıdırlar. FSA əlavə edib ki, 10 yaşdan kiçik uşaqlar bu içkilərdən gündəlik maksimum 350 ml (təxminən bir banka qazlı içki qədər) istehlak etməlidirlər.
"British Medical Journal"da (BMJ) dərc olunan araşdırma zamanı İngiltərə və İrlandiyada 2-7 yaş arası 21 uşağın bu içkiləri qəbul etdikdən sonra təcili tibbi yardıma ehtiyac duyduğu aşkar edilib. Bu uşaqlarda qliserol toksiklik sindromu müşahidə olunub - bu sindrom hipoqlikemiya, şüur itkisi və qanda turşuluğun artması ilə xarakterizə olunur.
Qliserol, buzlu içkilərin tam şəkildə donmasının qarşısını almaq üçün əlavə edilən təbii şirinləşdirici olsa da, kiçik yaşlı uşaqlar tərəfindən həddindən artıq qəbul edildikdə ciddi təhlükə yarada bilər.
Mütəxəssislər valideynlərə xəbərdarlıq edərək, 8 yaşdan kiçik uşaqlara tərkibində qliserol olan içkilərin verilməməsini, alış zamanı məhsulun etiketindəki tərkibə xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1174   Tarix: 06 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

.

Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə

Yay aylarında istidən qorunmaq üçün geniş istifadə olunan kondisionerlər ürək-damar xəstəlikləri olan şəxslər üçün ciddi risk yarada bilər. xəbər verir ki, kardioloqların bildirdiyinə görə, tərli halda qəfil çox soyuq otağ

.

Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu - (Foto)

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı sol qolu travmatik amputasiya olunan 29 yaşlı qadın uğurla əməliyyat edilib. xəbər verir ki, hadisədən sonra zərərçəkən Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?

"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

.

Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar

Yay mövsümü istirahət, səyahət, çimərlik və açıq hava gəzintiləri ilə yadda qalsa da, isti aylar bəzi virus infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Buna səbəb təkcə yüksək temperatur deyil. Açıq havad

.

İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?

İnsan sadəcə başqa birinin əsnədiyini görməklə özü də əsnəməyə başlaya bilər. Maraqlıdır ki, bu qəribə təsir bəzi heyvanlarda da müşahidə olunur. xarici mediaya istinadən xəbər verir ki, əsnəmək insan orqanizminin ən adi

turlar.az

kosmetika mehsullari yay geyimləri 2026 adlarin menasi dermanlar meyvələr hicab 2026 stresin elametleri kosmetika novruz bayramina aid hakistalar tapmacalar vidyolar ikizler insan