8 aylıq nəvəsinə ev alıb
Əməkdar artist Könül Kərimova qızı Ləmanı və nəvəsini görə bilməməkdən şikayətlənib.
Open.az xəbər verir ki, bu haqda "Şou ATV" verilişində danışan müğənni övladının rayonda yaşadığını söyləyib. Kərimova nəvəsi üçün aldığı hədiyyəni də açıqlayıb:
"Qızım Ağcəbədidə yaşayır. Kürəkənimin işi oradadır. Onları qoyub bura köçə bilməzlər. İndi də yollar bağlanıb, ayrı qalmışıq. Nəvəm, qızım üçün çox darıxıram. Başqa bir duyğulardır. Bütün günü görüntülü danışıram, ürəyim partlayır.
Nəvəm üçün ev almışam. 8 aylıqdır, Allah qismət etsə, ona ad günü keçirəcəm. Hər kəsi başımıza toplayacam, nəzir verib, qurbanlar kəsəcəm.
Nəvəmə ilk dəfə Nilay adı qoymuşdular. Xoşum gəlmədi, etiraz etdim. Dəniz adını istəyirdim. Onlar da məndən xəbərsiz gedib, adı dəyişiblər".(axşam.az)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür